05 Aprel 2020 18:14
760
DÜNYA
A- A+

Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib


Çin martın 1-dən bu yana 10,2 milyard yuan (təxminən 1,5 milyard dollar) həcmində tibbi ləvazimat ixrac edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin ümumi əməliyyatlar departamentinin rəhbəri Szin Hay mətbuat konfransında deyib.

"Tibbi ləvazimat ixracatının nizamlı genişləndirilməsi epidemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın dərinləşməsidir. Bu, qlobal səhiyyə sistemində yaranan böhrana birgə reaksiyada vacib addımdır”,- deyə departament rəhbəri koronavirusun xaricdə yayılması faktına işarə edib.

2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən, bu xəstəlikdən dünyada 1 milyon 214 mindən çox yoluxma və 65 min 605 ölüm faktı qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video