Alternative content

00:11 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilirsənsə güclüsən
Bilirsənsə güclüsən
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:57 05.04.2020


Koronavirus pandemiyası belə qənaətə gəlməyə əsas verir ki, insanlar nə qədər məlumatlı və tədbirlidirsə, dövlətin qoyduğu qaydalara nə qədər ciddi əməl edirsə, bir o qədər də sürətlə bu virusu ram etmək, ona az itkilərlə qalib gəlmək mümkündür.

Statistik məlumatlara nəzər salanda hər bir kəs belə haqlı qənaətə gələ bilər ki, ölkədə koronavirusa yoluxanların sayı gündən-günə artır. Əslində, bu, reallıqdır. Artıq aprelin 5-nə olan məlumata əsasən, ölkədə 584 yoluxma faktı qeydə alınmışdır. Bir həftə əvvəl isə biz fərqli rəqəmləri eşidirdik. Sıravi oxucu belə məlumatlardan narahat ola və elə düşünə bilər ki, xəstəliyə yoluxanların sayı məhz pandemiyanın həndəsi silsilə ilə artması ilə bağlıdır. Amma məsələ ondadır ki, statistik rəqəmlərin artması xəstəliyin yayılma sürətindən daha çox yoluxanların sürətlə üzə çıxarılması ilə bağlıdır.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri bütün dünyada olduğu kimi, sosial şəbəkələrdə də geniş müzakirə edilir. Bu, başa düşülən və qəbul ediləndir. Amma sıravi insanların bilmədiyi odur ki, bu paylaşmalar, mülahizələr və müzakirələr, bir qayda olaraq, hər bir fərdin intellektinə uyğun və bilikləri səviyyəsində aparıldığından reallıqları əks etdirmək gücünə qadir deyil. Bu səbəbdən cəmiyyətdə narahatlıqlar artır, şayiələrə söykənən və reallıqlardan bəhrələnməyən faktlar şoka səbəb ola, məlumatsız insanlarda gərginlik yarada bilər.

Real vəziyyət ondan ibarətdir ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının artması sırf xəstəliklərə yoluxanların sayının sürətlə artması ilə deyil, məhz dövlətin bu istiqamətdə atdığı addımların gündən-günə gücləndirilməsi ilə bağlıdır. Bu baxımdan bu gün yoluxanların sayının artmasına dair statistik məlumatlar Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü qabaqlayıcı tədbirlərin nəticələri kimi şərh edilməlidir.

Ekspertlər izah edirlər ki, ilkin dövrlərdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Dünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Beləliklə, testdən çox az sayda insan keçirilirdi və mətbuatda yalnız bu testlərdən keçənlər barədə məlumatlar dərc edilirdi. Təbii ki, məhdud sayda aparılan 4-5 min test 10 milyonluq əhalisi olan ölkədə xəstəliyin yayılma sürətini və real vəziyyəti əks etdirə bilməzdi.

Artıq bu gün ölkəmiz özü kifayət qədər testlər alır və gündəlik keçirilən müayinələrin sayı 200-300-dən çox artaraq 1000-i keçir. Hazırda ölkədə 35 mindən artıq insan testdən keçirilmişdir. İmkanlar genişləndikcə biz real vəziyyəti daha aydın görürük və daha tədbirli oluruq.

Artıq o da məlumdur ki, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar almışdır. Beləliklə, koronavirusla mübarizə daha geniş miqyasda və daha faydalı aparılır. Statistik rəqəmlər məhz bu yeni tendensiyanı özündə əks etdirir.

Onu da bilməyimiz vacibdir ki, yalnız yoluxanların 20 faizində xəstəlik açıq şəkildə özünü büruzə verir. Koronavirusun inkubasiya dövrü də çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə testlər keçirilir. Son bir həftə ərzində keçirilən testlərin analizi göstərir ki, xaricdən gələn çoxlu sayda insanda yoluxma halları müşahidə olunur. Onu da əlavə edək ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, indi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. Yəni hər kəsin yaranan təhlükələrin ciddiliyini dərk etməsi və karantinin qaydalarına əməl etməsi vacibdir.

Həmçinin regiondakı vəziyyəti də nəzərdən keçirmək yerinə düşərdi. Belə ki,

DST-nin aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınmışdır. Lakin nəzərə almaq lazımdır ki, işğalçı Ermənistanda Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılmışdır. Bu da belə qənaətə gəlməyə imkan verir ki, burada həm real yoluxanların sayı, həm də virusun yayılma sürəti statistik rəqəmlərdə göstərildiyindən xeyli yüksəkdir.

Avropada isə vəziyyət bizdəkindən qat-qat ağırdır. Xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Ötən il "Azərbaycan” qəzeti ilə birgə layihənin üzərində çalışan italiyalı fotoqraf Aleksey Pivovarov bizə İtaliyada vəziyyətin həddən ziyadə gərgin olduğunu, hadisələrin gözlənilməz ssenari üzrə inkişaf edə bilməsi ehtimalının mümkünlüyündən yazır. Almaniyadan həmyerlimiz bildirir ki, indi küçədə polis sənə yaxınlaşa, hara, hansı məqsədlə gedəcəyini izah etməni tələb edə bilər. Bu, Almaniya üçün görünməmiş və ağlasığası mümkün olmayan bir haldır.

Əgər bir neçə həftə bundan əvvəl avropalılar bunu ciddiyə almırdısa və italyanlar keflərindən qalmırdısa, indi hamı yanıldığını dərk edir. İtalyan çılğınlığı ölümlərin kəskin artmasına, alman pedantlığı, qanuna sayğı ilə yanaşması isə bu ölkədə ölümlərin statistik göstəricilərinin digərlərindən kəskin surətdə aşağı düşməsi ilə nəticələndi. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başlasa da, ildırım sürəti ilə hamını keçdi, kabus kimi bu ölkəni bürüdü.

Bu gün ən vacibi odur ki, dünyanın hər yerindən həmyerlilərimiz koronavirusla mübarizədə Azərbaycanda görülən işləri yüksək dəyərləndirir, Azərbaycan Prezidentinin daim gündəmdə olmasını, atdığı addımları, insanlara dəstək verməsini yüksək qiymətləndirir və hər ölkənin liderinin belə addımları atmadığını qeyd edirlər. Məhz belə zəruri addımların vaxtında atılması sayəsində insanların çoxunun bu xəstəliyə yoluxmasının qarşısı alınmışdır.

Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Lakin bütün hallarda bilmək lazımdır ki, hər bir kəsin qoyulan qaydalara ciddi əməl etməsi daha az itkilərlə, daha qısa zamanda və daha sürətlə koronavirusa qalib gəlməyə imkan verəcək.

Bahadur İmanquliyev,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM