Alternative content

22:50 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qondarma rejimin təkrar “seçki” oyunu
Qondarma rejimin təkrar “seçki” oyunu
ANA SƏHİFƏ / SİYASƏT
17:46 05.04.2020


Martın 31-də qondarma rejimin keçirdiyi qanunsuz "seçkilər” bir çox nüfuzlu beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmadı. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən "seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə kəskin şəkildə ziddir.

Hesab edilir ki, bu "seçkilər” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdiddir.

Qeyd edək ki, "prezident seçkilərində qalib olmasa da, qondarma rejimə kimin başçılıq edəcəyi demək olar ki, məlumdur. Yerli medianın verdiyi xəbərə görə, aprelin 14-nə təyin edilmiş "ikinci tur”da Qarabağın bir nömrəli oliqarxı, işğal edilmiş ərazilərdə iri biznesi olan, nəhəng ölçülərdə əkin sahələri yaradan keçmiş "baş nazir” Araik Arutyunyan qalib ayrılacaq.

Terrorçu "Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, "Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan erməni KİV-ə açıqlamasında deyib ki, ötən ayın sonunda keçirilən "seçkilər”i əslində seçki adlandırmaq olmaz. Bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda 76 min adamı küçələrə çıxarıb seçki məntəqələrinə aparmaq virusun yayılması üçün böyük risk yaradıb: "Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik, mən orada olmasam da dostlarım bildirir ki, bu seçkilər hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, seçicilərin ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə böyük həcmdə informasiyalar daxil olub”.

Sabiq səfir onu da əlavə edib ki, "prezidentlik” üçün hazırda favorit Arutyunyandır. Çünki o, köhnə klanın nümayəndəsi kimi, həm Sarkisyanı, həm də baş nazir Paşinyanı qane edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM