Alternative content

23:42 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan hakimiyyəti təlaş içərisindədir
Paşinyan hakimiyyəti təlaş içərisindədir
ANA SƏHİFƏ / SİYASƏT
16:31 05.04.2020

Ermənistanda cərəyan edən son hadisələr bu ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, siyasi həyatında da problemlərin artdığından xəbər verir. Belə görünür ki, Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaosun formalaşmasına zəmin yaradır, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.

Erməni siyasi ekspert Davit Matevosyan deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi nəticəsində hətta millət vəkili olmuş insanların belə siyasi təcrübəsi yoxdur, bu kimi böhran vəziyyətlərinə dözmürlər, emosiyalara və damğalara tabe olurlar: "Ermənistanda siyasi sistem hakimiyyət dəyişikliyindən sonra faktiki olaraq dağıldı və yalnız siyasi kapitalı olan bir nəfər, Nikol Paşinyan var. Və nəticədə onun legitimliyi o qədər yüksəkdir ki, hökumətində və fraksiyasında heç kim ona qarşı çıxa bilmir. Bu açıq-aydın məlum idi və başqa cür də ola bilməzdi, çünki hakimiyyət dəyişikliyi belə ziyanları nəzərdə tutur. Vəziyyətin zaman keçdikcə yaxşılaşacağına ümid edirik. Növbəti seçkilərdə daha balanslı bir parlamentə və yaxşı qurulmuş bir siyasi sistemə sahib ola bilsək, müəyyən məhdudiyyətlər və əks balans sistemi əldə edə bilərik. Ancaq hazırda bütün bunlar çatışmır, ola da bilməz, çünki hakimiyyət dəyişikliyi baş verdi və hər şey bu məntiqə uyğun düşünülməlidir”.
İşğalçı ölkədə qeyd olunur ki, hökumət müxalifəti yalnız məcbur olduqda, başqa seçimi olmadığı zaman dinləməyə məcbur olur. Başqa sözlə, təkbaşına hərəkət etmək və siyasi itkilərə məruz qalmamaq mümkündürsə, hökumət həmişə uyğun gördüyü kimi hərəkət edəcək. Siyasi vəziyyət, hazırkı sistem hakimiyyətə istədikləri kimi hərəkət etməyə imkan verir. Ancaq bu, təbii ki, qısamüddətdə belə olur. Məsələ uzun müddətdə fərqli xarakter alır. Hər dəfə tamamlanmamış, səhv olan və ətrafında müəyyən bir səs-küy yaradan yeni bir qərar qəbul edildikdə, bu hallar mənfi duyğulara səbəb olur. Bütün bunlar toplanır, yığılır və bir gün öz siyasi ifadəsinə sahib olur.
Bildirilir ki, keçmişdə əvvəlki hakimiyyət də bir çox hallarda tək hərəkət edirdi. Onların böyük əksəriyyət gücü vardı və həmişə haqlı olduqlarını düşünürdülər, hesab edirdilər ki, heç bir şey hakimiyyəti devirə bilməz. Ancaq tarix göstərdi ki, kiçik yığılmalar böyük bir siyasi hadisə zamanı çox güclü və kobud üsulla ifadə olunur.

Elçin CƏFƏROV,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM