Alternative content

23:07 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərəkət məhdudiyyətləri artıq qüvvədədir
Hərəkət məhdudiyyətləri artıq qüvvədədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:21 05.04.2020


Nazirlər Kabineti yanında Operativ Qərargahın əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı artıq qüvvədədir.
Beləliklə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. Bir daha xatırladaq ki, qərara əsasən Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının, Milli Məclis Aparatının əməkdaşlarının, deputatların, mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinin, Xarici İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların, dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin, dövlət və özəl səhiyyə müəssisələrinin, hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarının, vəkillərin, KİV nümayəndələrinin, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçilərinin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.
Bir sıra dövlət orqanlarının, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşları isə barələrində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkət edə bilərlər.
Digər şəxslərin yaşayış yerini tərk etmələrinə isə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti, yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə verilir. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Qeyd edək ki, SMS məlumatlar ödənişsizdir.
Həyat və sağlamlıq məsələsi ilə bağlı bilavasitə təhlükəli bir vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda da SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda "icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
Hərəkət məhdudiyyətləri aprel ayının 20-dək qüvvədə qalacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM