Alternative content

23:47 31 May 2020
ONLINE XƏBƏR LENTİ
16:10 31.05.2020 Roma Papası Fransiskdən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada koronavirusa yoluxanların sayı 1,2 milyonu keçib
Dünyada koronavirusa yoluxanların sayı 1,2 milyonu keçib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:35 05.04.2020

Virus qurbanlarının sayı 65 minə yaxındır


Aprelin 5-nə olan məlumata görə, bütün dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 200 min nəfəri ötüb. Daha dəqiq ifadə etsək, indiyədək 200-dən artıq ölkədə 1 milyon 203 min 966 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Təəssüf ki, qabaqlayıcı və hətta sərt məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bütün dünyada koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı sürətlə artmaqdadır. Ekspertlər bildirirlər ki, dünyanın bir çox ölkələrində yalnız xəstəliyin aşkar əlamətlərini büruzə verən şəxslərdə test aparılır və virusa yoluxanların, habelə koronavirusdan ölənlərin sayı da gündən-günə artır.

Bu gün səhərə olan məlumata görə, bütün dünyada virus qurbanlarının sayı 64 min 788 nəfərdir. Onu da qeyd edək ki, artıq ABŞ və bir neçə Avropa dövləti virusa yoluxanların və dünyasını dəyişənlərin sayına görə infeksiyanın ilk qeydə alındığı Çini geridə qoyublar. Belə ki, ABŞ, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdə son həftədə virusa yoluxanların sayında rekord artım baş verib. Hazırda ABŞ-da koronaviruslu xəstələrin sayı 312 min nəfərə yaxındır. İspaniyada bu rəqəm 126 min 168 nəfər, İtaliyada 124 min 632 nəfər, Almaniyada 96 min 92 nəfər, Fransada 89 min 953 nəfər, Böyük Britaniyada 41 min 903 nəfər, İsveçrədə 20 min 505 nəfər, Belçikada 18 min 431 nəfər, Niderlandda 16 min 627 nəfər, Avstriyada 11 min 821 nəfər, Portuqaliyada 10 min 524 nəfər təşkil edir. Elə buna görə də bütün dünyada koronavirusdan vəfat edənlərin 52 min 754 nəfəri bu dövlətlərin payına düşür.

Azərbaycana qonşu olan ölkələrə gəldikdə İranda virusa yoluxanların sayı 55 min 743, dünyasını dəyişənlərin sayı isə 3 min 452 nəfərdir. Rusiyada indiyədək 4 min 731 nəfərdə yoluxma halı qeydə alınıb 43 nəfər vəfat edib. Türkiyədə 23 min 934 nəfərdə koronavirus aşkarlanıb501 nəfər dünyasını dəyişib.

Azərbaycanda bu günə qədər 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib onlardan 32-si müalicə olunaraq sağalmış, 5 nəfər isə vəfat edib. Hazırda 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM