Alternative content

01:03 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq
Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:28 04.04.2020

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.

Dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində gündəlik tələbatın 20 milyon barrelədək azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə "OPEC plus” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtma qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur.

Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız "OPEC plus” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün "OPEC plus” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.

Ümid edirik ki, "OPEC plus” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq. Azərbaycan da indiyə kimi "OPEC plus” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıx;ş edərək, neft bazarına birgə dəstək verməyə çağırır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM