Alternative content

07:26 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ABŞ-dakı vətəndaşları üçün onlayn konsulluq xidməti layihəsinə start verilib
Azərbaycanın ABŞ-dakı vətəndaşları üçün onlayn konsulluq xidməti layihəsinə start verilib
ANA SƏHİFƏ / SİYASƏT
18:54 04.04.2020

ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə onlayn konsulluq məsləhətləşmələr layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüsü və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə birgə canlı vebinar sessiyası baş tutub. Sessiyanın moderatoru ABŞ-Azərbaycan ticarət palatasının icraçı direktoru Natiq Baxışov, sessiyanın iştirakçıları səfirliyin əməkdaşları - müşavir Vüqar Qurbanov, konsul Emil Muradzadə, konsul Fidan Muradzadə, siyasi məsələlər üzrə əməkdaş Şəlalə Vəliyeva olublar.

Onlayn sessiyanın əsas məqsədi ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına son məlumatları çatdırmaq, onların suallarını cavablandırmaq və fikir mübadiləsi aparmaq olub. Bu xüsusda sessiya zamanı COVİD-19 pandemiyası ilə bağlı Azərbaycanda görülmüş işlər, ABŞ-dakı mövcud vəziyyət və yaranmış vəziyyətlə bağlı tövsiyyələr verilib.

Müzakirələr zamanı pandemiya ilə əlaqədar səfirliyin xüsusi rejimdə fəaliyyət göstərdiyi bildirilib. ABŞ-da yaşayan, burada təhsil alan, müvəqqəti səyahətdə olan vətəndaşlarımızın COVİD-19 pandemiyası ilə əlaqədar sualları yaranacağı təqdirdə səfirliyin 24/7 rejimində fəaliyyət göstərən qaynar xətt nömrələri izləyicilərin diqqətinə bir daha çatdırılıb.

Bundan əlavə, marın 23-də Azərbaycan Hava Yolları QSC tərəfindən Bakı-Nyu-York uçuş reysinin müvəqqəti olaraq dayandırıldığı vurğulanıb, səfərlərə getməyin sağlamlığa ciddi risk yaratdığı xatırladılıb və bu xüsusda mümkün risklərdən qorunmaq üçün vətəndaşlarımıza xarici səfərlərdən çəkinmək və yerli karantin qaydalarına ciddi şəkildə riayət etmək tövsiyə edilib.

Bundan əlavə, çıxışlar zamanı qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə martın 12-dən etibarən "ASAN Viza” elektron sistemi vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunub. Əcnəbilərin viza rəsmiləşdirilməsinə müraciət etdikdə onlardan COVİD-19 testindən keçmələri barədə tibbi arayışın tələb olunacağı qeyd edilib.

Vebinar zamanı, ABŞ-da yaşayan soydaşlarımıza ABŞ-a səfərləri zamanı bu ölkədə qalma müddətinin müəyyən edilmə qaydaları və bu müddətin onların özləri tərəfindən yoxlanılma üsulları barədə də məlumat verilib.

Daha sonra səfirlik əməkdaşları canlı yayıma qoşulan izləyicilər tərəfindən ünvanlanan suallara ətraflı cavablar verib. Bir daha, ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunub. Belə ki, bu qeydiyyat təcili məsələlər də daxil olmaqla daha səmərəli konsulluq xidmətlərinin göstərilməsi və vacib informasiyaların əldə edilməsi üçün nəzərdə tutulub.

ABŞ-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirliyi birgə şəkildə COVİD-19 böhranı dövründə belə vebinarların həftəlik əsaslarda keçirilməsini nəzərdə tutur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM