Alternative content

05:51 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət vətəndaşlarının yanındadır
Dövlət vətəndaşlarının yanındadır
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:22 04.04.2020

Bəşəriyyət əsrlər boyunca müxtəlif bəlalarla, o cümlədən kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Tarixi proseslərin təhlili göstərir ki, ən dəhşətli pandemiyaların qarşısında yalnız o cəmiyyətlər davam gətirmişlər ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin hər bir vətəndaş tərəfindən hamılıqla qəbul edilməsidir. Bu gün biz bunu görürük və milli birliyin nə qədər böyük dəyər olduğunu dərindən hiss edirik.

COVID-19 virusunun dünyaya yayılmağa başladığı ilk gündən etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü strategiyadır və bu beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir. Bununla bağlı Bakıda inşa edilən "Yeni klinika” tibb müəssisəsinin açılışında Prezident İlham Əliyev demişdir: "Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir”.
Bu gün cəmiyyətdə ölkə başçısı tərəfindən müəyyənləşdirilən "Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir. İndi bu şüarı hər yerdə görmək mümkündür. Hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirir.
Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Xüsusən yaşlı nəslin qorunmasının diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir. Bununla bağlı həm dövlət başçısının, həm də Birinci vitse-prezidentin çıxışlarında ciddi çağırışlara rast gələ bilərik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 18 mart 2020-ci il tarixində COVID-19 (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciətində qeyd olunduğu kimi: "Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”.
Yuxarıda da vurğuladığımız kimi, mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiya mənsublarından təcrid etməkdir. Bunun üçün "Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsinə, təhlükənin miqyasını başa düşməsinə bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiqolunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir. Bunun üçün bütün vasitələrin gücündən – sosial şəbəkələrdən, kütləvi informasiya vasitələrindən, fərdi təbliğat metodlarından, çağırış vərəqələrindən, hətta ticarət mərkəzlərində verilən səsli elanlardan belə istifadə olunur.
Bununla yanaşı, məlumdur ki, virusla mübarizə bir sıra peşə sahələrinin davamlı və gücləndirilmiş iş rejimində fəaliyyətini zəruri sayır. Təbii ki, burada ön sırada həkimlər gəlir. Həkimlərin bu mübarizədə fəal iştirakının səbəbi təkcə maddi təminat deyil, onların peşə, Vətən və dövlətçilik sevgisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə demişdir: "Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq”.
Karantinə alınmış, virusa yoluxmuş insanların xilas edilməsində həkimlərin rolu nə qədər vacibdirsə, cəmiyyətdə ictimai sabitliyin təmin edilməsində, insanların karantin qaydalarına əməl etməsində polisin rolu o qədər əhəmiyyətlidir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan polisi bu ağır günlərdə böyük əzm və iradə nümayiş etdirir. Polis təkcə məhdudlaşdırıcı tədbirlərin icrasına nəzarət etmir, yeri gəldikdə maarifləndirmə işlərini həyata keçirir, bir çox hallarda hətta yaşlı və ahıl insanlara müxtəlif formalarda yardım göstərir. Prezidentin çıxışlarında bu məsələ də xüsusi əksini tapmış və dövlət başçısı bununla bağlı xarici ölkələrlə Azərbaycanın fərqini göstərmişdir: "Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə”.
Azərbaycan dövləti xarici ölkələrdə olan vətəndaşlarının da təhlükəsiz həyat şəraitinin təmin olunması üçün gərgin fəaliyyət göstərir. Müxtəlif ölkələr zərurət yarandığı təqdirdə vətəndaşlarının ölkəyə qayıtması üçün xüsusi reyslər təşkil edir. Gətirilən insanlar ən yüksək səviyyəli karantin düşərgələrində yerləşdirilir. Onların müəyyən edilmiş müddət ərzində müşahidə altında qalması təmin edilir. Bununla da koronavirus pandemiyasının ölkəmiz və xalqımız üçün yarada biləcəyi daha böyük təhlükələrin qarşısı alınır.
Aparılan təhlillərdən də göründüyü kimi, Azərbaycan dövləti COVID-19 virusuna qarşı mübarizəni inam və birlik tandemi daxilində xüsusi əzmlə aparır. Bunun üçün bütün mənəvi, eləcə də inzibati, iqtisadi, maliyyə resursları cəlb edilmişdir. Azərbaycanda bu dəhşətli bəla ilə mübarizə məqsədilə xüsusi fond da yaradılmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır. Azərbaycan Milli Elmlər Akademiyasında çalışan gənc alimlərimiz də birlik və inam şəraitində ümumbəşəri bəlaya qarşı dövlət başçısının çağırışlarını xüsusi həssaslıqla diqqətdə saxlayır.


Famin SALMANOV,
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM