Alternative content

07:05 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Miqrasiya Xidməti hərəkət məhdudiyyəti ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Dövlət Miqrasiya Xidməti hərəkət məhdudiyyəti ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:06 04.04.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - əcnəbi) şamil ediləcək.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir.

Əcnəbilər barədə zəruri məlumatlar aşağıdakılardır:

müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.

Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün DMX-nin rəsmi internet səhifəsindən "müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatların daxil edilməsi vacibdir.

Müvəqqəti və daimi yaşama icazəsi verilmiş, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.

Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 - Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin "facebook” hesabına göndərə bilərlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM