Alternative content

00:07 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə xüsusi karantin rejimi qaydalarına əməl etməyən sakinlərə xəbərdarlıq olunub
Gəncədə xüsusi karantin rejimi qaydalarına əməl etməyən sakinlərə xəbərdarlıq olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:36 04.04.2020
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar səhər saatlarından başlayaraq şəhərin mərkəzi küçə və prospektlərindəki mövcud vəziyyətlə tanış olublar.

Xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, əsasən də yaşlı insanlarla maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb. Yaşı 65-dən yuxarı olan sakinlərin evə göndərilməsi təmin olunub. Bununla yanaşı, tək yaşayan ahıl şəxslərin ünvan və əlaqə telefonları qeyd olunub, onlara qulluq göstərilməsi nəzarətə götürülüb.

Niyazi Bayramov, Pərvin Kərimzadə və Əkbər İsmayılov bir sıra əczaxana və ərzaq mağazalarında da olublar. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, tələbat yüksək olduğundan gündəlik olaraq satışa çıxarılan tibbi maskalar tez bir zamanda alınır. İri market və ərzaq mağazalarındakı vəziyyət isə qənaətbəxş qiymətləndirilib. Satıcı və içəridə olan az sayda alıcı ilə söhbət aparan Niyazi Bayramov kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatırladıb. Həmçinin yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM