Alternative content

19:28 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan neftinin qiyməti bahalaşır
Azərbaycan neftinin qiyməti bahalaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:30 04.04.2020

Azərbaycan neftinin qiyməti bahalaşır. SİA xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,90 dollar artaraq 24,14 dollar təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Londonun ICE birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollar, Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.

Hazırda dünya neft bazarı iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbatın azalması gündəlik təxminən 10-15 milyon barel civarında qiymətləndirilir. Ay ərzində tələbatın sutkada 20 milyon barel azalacağı, tədarük profisiti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır.

Onu da əlavə edək ki, aprelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək. Bu görüşdə yeni "Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə keçiriləcək nazirlərin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM