Alternative content

23:26 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirus futbol dünyasını da vurdu
Koronavirus futbol dünyasını da vurdu
ANA SƏHİFƏ / İDMAN
16:41 04.04.2020


Bəşəriyyət dünyanı ağuşuna alan koronavirus bəlası ilə mübarizə aparmaqdadır. Dünyanın bugünkü mənzərəsi göstərir ki, müasir dövrün insanı yeni növ virusun qarşısında acizdir. Pandemiyanın əhatə dairəsi getdikcə böyüyür. Bu gün bütün sahələrdə demək olar ki, həyat dayanıb. Virusun meydana gətirdiyi problemlərdən minimum ziyanla çıxmaq üçün beynəlxalq idman təşkilatları da videokonfranslar keçirir və müzakirələr aparırlar.

Belə konfranslardan biri də Avropa Peşəkar Futbol Liqalarına üzv liqalar

arasında keçirilib. Qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti Lars Krister Olsenin rəhbərliyi ilə reallaşıb. Təşkilatın fəal üzvlərindən biri olan Azərbaycan Peşəkar Futbol Liqası da videokonfransda nümayəndə ilə təmsil olunub və təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

Konfransda UEFA, EPFL (Avropa Peşəkar Futbol Liqaları) və AKA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzası ilə üzv ölkələrə aprelin 2-də ünvanlanan məktubda qeyd edilən məsələlər əsas müzakirə mövzusu olub. Məktubda yerli çempionatların vaxtından əvvəl, yəni reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa çatdırılmasının düzgün olmadığı bildirilib. Konfransda iştirak edən Belçika Pro-Liqa təmsilçisi onların aprelin 2-də çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verib.

Xatırladaq ki, İtaliya A Seriyasının rəhbərliyi də ölkə çempionatında cari mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib və çempionatın qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.

Analoji qərarlar Türkiyə Super Liqası və İngiltərə Premyer Liqası rəhbərlikləri tərəfindən də verilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığıdır. Bu səbəbdən də çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb.


Elçin CƏFƏROV,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM