Alternative content

00:03 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
16:10 31.05.2020 Roma Papası Fransiskdən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevdən qlobal böhran şəraitində növbəti inqilabi addım
İlham Əliyevdən qlobal böhran şəraitində növbəti inqilabi addım
ANA SƏHİFƏ / SİYASƏT
16:18 04.04.2020


Prezidentin yeni iqtisadi və sosial paketi həm böyük maliyyə tutumlu, həm də sektorların dəstəklənməsinə görə genişmiqyaslıdır


Dünyada ən aktual ictimai müzakirə obyektlərindən biri və bəlkə də birincisi koronavirus pandemiyasıdır. Bu təhlükə bir çox sahələrdə olduğu kimi, bütünlükdə dünya iqtisadiyyatına da mənfi təsirlərini göstərməkdədir. Hətta problemin miqyası o qədər genişlənib ki, bütün dövlətləri, habelə beynəlxalq təşkilatları bununla bağlı xüsusi operativ proqramlar qəbul etməyə sövq edib.
Azərbaycanda da koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün sabahdan etibarən ölkədə yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə minəcək. Əlbəttə ki, bunun əsas məqsədi daha səmərəli addımların atılması və yoluxma hallarının dinamikasının azaldılmasıdır.
Bununla yanaşı, pandemiya təhlükəsi ölkəmizdən də yan keçmədiyinə görə bu sahədə Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Xüsusilə dövlət başçısının "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını göstərə bilərik. Bu sərəncamla mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyi məsələsinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə çoxistiqamətli tədbirlərin görülməsi üçün hökumətə konkret tapşırıqlar verilib.
Artıq İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq istiqamətdə 10 dəstək proqramı hazırlanıb. Bu proqramlarda əsasən sahibkarlıq subyektlərinə göstəriləcək güzəştlər öz əksini tapıb. Yaxın günlərdə isə karantin rejiminin və qeyri-iş günlərinin vaxtının artırılması səbəbi ilə işləyə bilməyən vətəndaşların maliyyə durumunun yaxşılaşdırılması ilə bağlı təkliflər paketi Prezidentə təqdim ediləcək. Eyni zamanda bank kreditlərinin ödənişində güzəştlərin ediləcəyi də qeyd edilir.
Ekspertlər hesab edirlər ki, təkliflər təsdiq olunarsa, vətəndaşların daha çox güzəştli kommunal xidmətlərdən, yəni aşağı tarifli kommunal xidmətlərindən istifadə etməsi mümkün ola bilər.
Əlavə edək ki, bu proqramların icrası üçün 2,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da Azərbaycanda ÜDM-in 3,1 faizini təşkil edir. Əlbəttə ki, bu da indiki qlobal böhran şəraitində olduqca böyük maliyyə dəstəyi deməkdir. Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-in 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi və Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir.
Göründüyü kimi, Azərbaycan hökumətinin pandemiyanın zərərlərini qarşılamaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə daha böyük, həm də sektorların dəstəklənməsinə görə genişmiqyaslıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM