Alternative content

23:08 31 May 2020
ONLINE XƏBƏR LENTİ
16:10 31.05.2020 Roma Papası Fransiskdən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İki ildə 4,8 milyard manatlıq dəstək
İki ildə 4,8 milyard manatlıq dəstək
ANA SƏHİFƏ / SİYASƏT
16:05 04.04.2020

Prezident İlham Əliyevin yeni iqtisadi və sosial paketi pandemiyadan maddi zərər görən təbəqələrin narahatlığına son qoyacaq


· 2019-cu il - maliyyə həcmi 2,3 milyard manat olan 2 sosial paket
· 2020-ci il – maliyyə həcmi 2,5 milyard manat olan yeni iqtisadi və sosial paket

Bunlar Prezident İlham Əliyevin cəmi iki il ərzində ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində təqdim etdiyi 3 sosial-iqtisadi paketdir. Göründüyü kimi, ən islahatçı Prezident iki ildə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, sahibkarlığın daha da inkişaf etdirilməsinə 4,8 milyard manat vəsait ayırıb.

Dövlət başçısının tapşırığı ilə hazırlanan yeni dövlət dəstəyi proqramları isə müstəqillik tariximizdə xalqa ən böyük iqtisadi-sosial yardım paketidir.

Ancaq nəzərə almalıyıq ki, bütün bunlar neftin qiymətinin kəskin aşağı düşməsi və koronavirus pandemiyasının dünyanı vahiməyə saldığı dövrə təsadüf edir.

Koronavirusla bağlı iqtisadi sektorlar və sahibkarlar üçün hazırlanan dövlət dəstəyi proqramlarında müxtəlif məsələlər öz əksini tapıb. Proqrama görə, 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Yəni dövlətin karantin rejimi ilə bağlı dəstək proqramında elan etdiyi vəsait kifayət qədər böyükdür.

Ekspertlər də iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarını yüksək qiymətləndirirlər. Qeyd edilir ki, bu proqram sayəsində pandemiyadan maddi zərər görən bütün təbəqələrin narahatlığına son qoyulacaq.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin iki sosial paketi 4,2 milyon insanı əhatə etdi. Yeni dövlət dəstəyi proqramında da əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paketin hazırlanma prosesi gedir.

Dövlət başçısının bu genişmiqyaslı iqtisadi və sosial paketi həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

Göründüyü kimi, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində hər zaman olduğu kimi, yenə də ölkə vətəndaşı dayanır. Xalqın rifah halının yüksəldilməsi istiqamətində dövlət başçısının həyata keçirdiyi siyasət, imzaladığı fərman və sərəncamlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM