04 Aprel 2020 15:00
622
DÜNYA
A- A+

Türkiyədə qadağalar daha da sərtləşdirildi


Koronavirus pandemiyasına qarşı müxtəlif dünya ölkələrində fərqli tədbirlər görülür. Qardaş Türkiyədə də bu istiqamətdə addımlar atılır və müşahidə olunan qadağalar daha da sərtləşdirilir. Qeyd olunan xüsusda dünən xalqa müraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qadağaları açıqlayıb. Belə ki, bu gündən etibarən təkcə 65 yaşdan yuxarı şəxslərin deyil, 20 yaşadək olan gənclərin də küçəyə çıxması qadağan edilib.

Bundan əlavə, ölkənin bazar və market kimi bütün işlək ictimai obyektlərində maska taxma məcburiyyəti tətbiq olunub. Türkiyənin 30 böyük şəhərinə, eləcə də ağciyər xəstəliklərinin geniş yayıldığı Zonquldak bölgəsinə avtomobillərin giriş-çıxışı dayandırılıb. Bəzi istisnalar nəzərdə tutulmaqla bu qadağa 15 gün müddətində qüvvədə olacaq və lazım gələrsə, uzadılacaq.

Qeyd edək ki, İstanbul, İzmir, Ankara, Konya və Kocaeli şəhərləri Türkiyənin koronavirus riski ən yüksək olan bölgələrdir. Belə ki, ölkədə son qeydə alınan 20 min 921 koronavirus xəstələrinin əksəriyyəti bu şəhərlərdədir. Ən çox yoluxma halı isə 12 mindən çox nəfərlə İstanbulda qeydə alınıb. Xəstəlikdən ölüm hallarının əksəriyyəti də bu şəhərlərdə olub. Bu günə olan məlumata əsasən, koronavirusa yoluxanların 210-u İstanbul, 27-si İzmir, 14-ü isə Kocaelidə dünyasını dəyişib.


Elçin CƏFƏROV,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video