Alternative content

06:35 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xidməti vəzifəsini yerinə yetirən jurnalistin xüsusi qaydada icazə almasına ehtiyac yoxdur
Xidməti vəzifəsini yerinə yetirən jurnalistin xüsusi qaydada icazə almasına ehtiyac yoxdur
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:56 04.04.2020


Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi zamanı sual doğuran məsələlərdən biri kütləvi informasiya nümayəndələri ilə bağlı idi. Çünki istənilən KİV təmsilçisi informasiya əldə etmək üçün mütləq hərəkət etməli, müvafiq ünvanlara baş çəkməlidir.

Bu problem əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarında öz həllini tapdı. Belə ki, qərarın birinci bəndinə əsasən, bir sıra orqanların əməkdaşlarına xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Bu sırada kütləvi informasiya vasitələrinin əməkdaşları da xidməti vəzifələrinin yerinə yetirilməsində sərbəstdirlər. Yəni xidməti vəzifəsini yerinə yetirən jurnalistin xüsusi qaydada icazə almasına ehtiyac yoxdur.

Həmçinin KİV əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur. Lakin jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər. Yəni jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Bununla belə, əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər.


Rəşad CƏFƏRLİ,
«Azərbaycan»








NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM