Alternative content

19:05 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkədir
Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
14:50 04.04.2020

BMT pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən bütün prosesləri alqışlayır


Koronavirus pandemiyası getdikcə daha da qorxulu mənzərə yaradır. Dövlətlərin səhiyyə, iqtisadi sistemlərindəki çöküş, insan tələfatının sürətlə artması fonunda qabaqlayıcı tədbirlər görən, operativ və çevik işlər həyata keçirən ölkələr ciddi ziyan çəkməyərək bu prosesdən az itkilərlə çıxmağa çalışırlar. Belə dövlətlərdən biri də Azərbaycandır.

Bir müddət öncə Dünya Səhiyyə Təşkilatı məlumat yayaraq Azərbaycanın koronavirusla mübarizədə qurumla əməkdaşlığını təqdir etmişdir. Dünən isə BMT-nin Azərbaycandakı İdarə Heyəti virusun yayılmasının qarşısını almaq istiqamətində hökumətin səylərini yüksək qiymətləndirmişdir.

BMT-nin Azərbaycan nümayəndəliyinin yaydığı bəyanatda qurumun ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi barədə çağırışı və atılan zəruri addımları dəstəklədiyi bildirilir.

Bununla bərabər, Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kim Dünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyini də xüsusilə qeyd edir.

Əlbəttə ki, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomlar olduğu təqdirdə 103/113 "qaynar xətt”inə məlumat vermək özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır.

Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayrılmasını alqışlayır.

R.BAXŞƏLİYEV,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM