Alternative content

05:23 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqın sağlamlığına və rahatlığına yönəldilən layihələr davam edir
Xalqın sağlamlığına və rahatlığına yönəldilən layihələr davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:44 04.04.2020


Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub. Dövlət başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.

Son illər ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da yolların müasir səviyyədə yenidən qurulması və genişləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Bütün bu tədbirlər insanların rahatlığına və təhlükəsizliyinə xidmət edir. Bu baxımdan Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması üçün bu layihənin gerçəkləşdirilməsi olduqca gərəklidir. Belə ki, layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq.

Dövlət başçısına məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrinə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi işləri beşinci aydır davam edir. Məqsəd 20 Yanvar – "Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Bundan əlavə, "Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlanıb. Beləliklə, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəklər.

20 Yanvar dairəsindən hərəkətin istiqaməti yol nişanları ilə ayrılacaq. Binəqədiyə, Biləcəriyə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər. Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və iki hərəkət zolaqlı yan yolu açılıb. Daha bir yenilik isə Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişinin məhdudlaşdırılmasıdır. Bu hissədə işlərin artıq 80 faizi yerinə yetirilib.

Qeyd edək ki, son bir ayda dövlət başçısı bir sıra yeni sosial və infrastruktur obyektlərinin açılışında iştirak edib. Bunlar Abşeron dairəvi dəmir yolunun Pirşağı-Goradil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonrakı açılışı, Hövsan yaşayış kompleksinin, paytaxtdakı "Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi və başqalarıdır.

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir ki, bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur: "İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək”.

Azərbaycan Prezidenti həmişə və hər zaman dediyi sözün sahibidir! Dünyanın böyük çətinliklərlə üzləşdiyi bu dönəmdə də xalqın rifahına, sağlamlığına və rahatlığına xidmət edən layihələr davam etdirilir. Elə Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olarkən də dövlət başçısı demişdir: "Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək”.


Flora SADIQLI,
"Azərbaycan”









NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM