Alternative content

03:47 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantinlə bağlı qərara yenilik edildi
Karantinlə bağlı qərara yenilik edildi
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:37 04.04.2020


Zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısı artdı


Koronavirusla mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha da gücləndirilir. Müvafiq qərarlara əlavədə dəyişikliklər edilir. Bunun da səbəbi əlbəttə ki, mübarizənin effektivliyinin artırılmasıdır.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik etməsi də buna xidmət edir. Belə ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sənədə ölkədə elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısına 73-cü hissə əlavə edilib. Sənədə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu siyahıya əlavə edilib.

Həmçinin NK-nın 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - "Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na yeni hissələr əlavə edilib. Həmin müəssisələr bunlardır:

Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar, şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları, "Azərpoçt”, "Aztelekom”, "AzInTelekom”, "Bakı Telefon Rabitəsi”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, "Azercell Telekom”, "Bakcell”, "AzerFon”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri, məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri və yanacaqdoldurma məntəqələri.


R.BAXŞƏLİYEV,
"Azərbaycan”






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM