04 Aprel 2020 14:18
479
SİYASƏT
A- A+

Separatçı rejimin “seçkilər”ini KİV də boykot edib

Martın 31-də separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər”ə medianın da reaksiyası sərt oldu. Belə ki, "seçkilər”in nəticəsi ilə bağlı bir çox KİV demək olar ki, material yayımlamadı, qondarma rejimdə keçirilən "seçkilər”i qınadılar. Erməni mediasının verdiyi məlumata görə, "seçkilər” tam başıpozuqluq, "bardak” vəziyyəti ilə seçilib. "Sputnik Armenia” saytı yazır ki, ilk dəfə "beynəlxalq müşahidəçilər” də olmayıb. Jurnalistlər üçün koronavirus təhlükəsi üzündən mətbuat mərkəzləri də yaradılmayıb.

Separatçı rejimin yaydığı məlumatda da "seçkilər”in media olmadan keçirildiyi bildirilib. Çoxsaylı pozuntulara dair məlumatlarla yanaşı, səsvermənin nəticələri barədə də narazılıqlar olub. Ermənistandan olan müşahidəçilər sosial şəbəkədə yazdıqları statuslarda qarşılaşdıqları pozuntular barədə statuslar yerləşdiriblər.

Qeyd edək ki, "prezident seçkiləri”nin ikinci turu səsvermədən 14 gün sonra, yəni aprelin 14-də keçiriləcək. Qondarma qurumda "prezident seçkiləri” ilə yanaşı, "parlament seçkiləri” də keçirilib və burada Araik Arutunyanın bloku olan "Azad Vətən” bloku 40 faizlə qalib gəlib. "Seçkilər”in nəticələrinə görə, "parlament”ə beş partiya keçir.

"Seçkilər”i izləyən Rusiyanın "Kommersant” qəzetinin erməni müxbiri prosesi "analoqsuz hal” adlandırıb. Yazıb ki, maska və əlcəklə keçən "seçki” özündə ciddi riskləri birləşdirir.


Elçin CƏFƏROV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video