Alternative content

04:55 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünən 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib
Dünən 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:52 04.04.2020

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı bu gün gecədən qüvvəyə minir. 15 gün qüvvədə olması nəzərdə tutulan qərara əsasən ölkə ərazisində hərəkətin yeni qaydaları müəyyən edilib.
Qərarda yer alan müddəalardan biri konkret müəyyən edilmiş orqanların əməkdaşları barədə məlumatların "icaze.e-gov.az” portalına daxil edilməsidir. Belə ki, 36 dövlət orqanının, dövlətə məxsus olan hüquqi şəxsləri, dövlət adından yaradılan publik hüquqi şəxslər, Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri barələrində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkət edə bilərlər. O cümlədən "ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Artıq dünəndən etibarən müvafiq dövlət qurumları əməkdaşlarının və özəl hüquqi şəxslərin, habelə müvafiq könüllü təşkilatlarının nümayəndələri barədə məlumatların "icaze.e-gov.az” portalına daxil edilməsinə başlanılıb. Təkcə aprel ayının 3-də 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib. Proses davam edir.
Xatırladaq ki, "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM