04 Aprel 2020 12:56
655
DÜNYA
A- A+

Qazaxıstanda koronavirusdan daha bir nəfər həyatını itirib

Qazaxıstanın Türküstan bölgəsində bu gün səhər saatlarında COVID-19-dan 4-cü ölüm hadisəsi qeydə alınıb. Bundan əvvəl qeydə alınan ölümlər Akmola, Nur-Sultan və Karaqandada baş vermişdi.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanda sutka ərzində koronavirus infeksiyasına daha 36 nəfər yoluxub. Beləliklə bu ölkədə koronavirusa yoluxanların sayı 500-ə çatıb.

Qazaxıstan Səhiyyə naziri Eljan Birtanov bildirib ki, yazın sonuna kimi koronavirusa yoluxanların sayı 3,5 min nəfəri keçməyəcək.

Hazırda şəhər infeksion xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 91 xəstə var. Xəstələrdən 77-n vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti son dərəcə ağır, 1-nın vəziyyəti ağır, 11 xəstənin vəziyyəti isə orta ağırdır. Bu gün COVID-19-dan 6 xəstə sağalaraq evlərinə buraxılıblar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video