Alternative content

16:00 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Virtual məktəb” şagirdlərin marağına səbəb olub
“Virtual məktəb” şagirdlərin marağına səbəb olub
ANA SƏHİFƏ / Təhsil
12:21 04.04.2020


"Evdə qal” kampaniyası məktəbliləri tədrisdən uzaqlaşdırmadı


Dünyanı qanlı caynağına alan koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq, 200-dən artıq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Bu gün Azərbaycan xalqı da dünyada baş verənləri internet və tele-məkan vasitəsilə izləməkdə, təhlükəli virusun yaratdığı dəhşətləri gözləri ilə görməkdədir. Azərbaycan dövlətinin və hökumətinin bu bəladan can qurtarmaq üçün vacib hesab etdiyi hər tədbir, qəbul edilən qərarlar ölkə vətəndaşlarının tam təhlükəsizliyinə və sağlamlığına hesablanıb.

Bildiyimiz kimi, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlardan biri də virtual təhsil proqramıdır. Buna görə də aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək, məsafədən tədris imkanlarını genişləndirməkdir.

"Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçir, öz yaşına əsasən sinfə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirirlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsinə də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə saxlamaq üçün "Chat” funksiyasından istifadə edəcəklər.

Qeyd edək ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər "AppStore” və "Google Play” marketlərindən "Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.

"Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Dərs vaxtı” verilişinin hər gün üçün öncədən cədvəli təqdim edilir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Artıq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında "Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir ki, onlar da bütün sinifləri əhatə edir. Dərs mövzularına dair qısa izah və təlimatlar burada təqdim olunur. "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, "Facebook” səhifəsindən, eyni zamanda "Təhsil” televiziyasının "Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanına malikdirlər.

Təbii ki, məktəbdə də dərslərin yorucu olduğunu aradan qaldırmaq üçün müəyyən müsabiqə, yaradıcılıq yarışları və s. keçirilirdi. Bunu nəzərə alaraq Təhsil Nazirliyi "Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsinin təşkilini də nəzərdə tutub. Aprelin 5-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən "Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə başlayacaq.

Yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən Uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi müddətində ev şəraitində uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili, evdə olduqları zamanda yaradıcılığını inkişaf etdirməsi, eləcə də istedadlı və perspektivli məktəblilərin üzə çıxarılmasından ibarətdir.

4 mərhələ üzrə keçiriləcək müsabiqədə 6-17 yaşlı dərnək üzvləri dörd nominasiya – "Bədii qiraət”, "Əl işi”, "İfa” və "Rəqs” istiqamətləri üzrə iştirak edəcəklər. Birinci mərhələdə (5-12 aprel) şagirdlər ev şəraitində seçdiyi nominasiya üzrə öz yaradıcılığını videoya çəkərək təmsil olunduqları inkişaf mərkəzinin təşkilat komitəsinə göndərməlidir. İkinci mərhələdə (13-20 aprel) mərkəzlərin təşkilat komitəsi hər dörd nominasiya üzrə seçdikləri 3 qalib işin və ifaların videogörüntülərini 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin e-mail ünvanına ([email protected]) göndərəcək. Üçüncü mərhələdə (21-24 aprel) münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər seçiləcək. Nəhayət, 25-28 aprel tarixləri müddətində keçiriləcək dördüncü - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunacaq. Qalib iştirakçıların videoları həm də sosial şəbəkələrdə yerləşdiriləcək.

Əlbəttə, müsabiqəyə qoşulmaqla uşaqlar "Evdə qalıb yaratmaqla koronavirusa birgə qalib gələk!” devizi altında birləşəcəklər.

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə "Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı da yaradılıb. Platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib.

Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif, həm də daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana biləcəklər.

Yeri gəlmişkən, Təhsil Nazirliyi Respublika Uşaq-gənclər inkişaf mərkəzinin əməkdaşları da koronavirus infeksiyası ilə mübarizə aparan təcili tibbi yardım xidməti və tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə dəstək aksiyasına qoşulub. Bakı şəhəri Səbail rayonu 3 saylı Təcili Yardım Stansiyası, 2 saylı poliklinika və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim heyəti və tibb bacıları daxil olmaqla, ümumilikdə 130 tibb işçisinə koronavirus infeksiyasından qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələrdən ibarət dəstlər təqdim edilib. Aksiya ölkəmizdə koronavirus infeksiyasının (COVID -19) yayılmasına qarşı həyata keçirilən profilaktik və mübarizə tədbirlərinə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə işinə dəstək məqsədi daşıyır.


Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM