04 Aprel 2020 11:27
520
SİYASƏT
A- A+

Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i heç bir halda tanımadığını bəyan etdi

Otuza yaxın dövlət və beynəlxalq təşkilat Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər”lə bağlı mövqe bildirib.

AZƏRTAC xəbər verir ki, həmin dövlətlər və təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM seçkilərin qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildirdilər.

Dünya birliyi bəyan etdi ki, seçkiləri heç bir halda tanımır. Bu qondarma "seçkilər” Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticələrini müəyyən edə bilməz. Hətta Kanada və Avstraliya kimi dövlətlər mövqe ifadə edərək "seçkilər”i tanımamaqla bərabər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video