Alternative content

22:16 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Azərbaycandakı nümayəndəliyi hökumətin koronavirusla bağlı gördüyü işləri yüksək qiymətləndirib
BMT-nin Azərbaycandakı nümayəndəliyi hökumətin koronavirusla bağlı gördüyü işləri yüksək qiymətləndirib
ANA SƏHİFƏ / SİYASƏT
11:25 04.04.2020

BMT-nin ölkəmizdəki İdarə Heyəti COVID-19-un yayılmasının qarşısınının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda, həmçinin deyilir: "Bununla bərabər, Azərbaycan Hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyini də xüsusilə qeyd edirik.

Əlbəttə, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomların olduğu təqdirdə 103/113 "qaynar xətt”inə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır.

Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır”.

Bəyanatda bildirilir ki, BMT-nin ölkəmizdəki nümayəndəliyi yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə təmaslarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırdır.

"Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”, - deyə bəyanatda qeyd olunur.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM