Alternative content

14:38 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mavritaniya mətbuatı: Erməni millətçiləri son iki əsrdə azərbaycanlılara qarşı soyqırımı törədiblər
Mavritaniya mətbuatı: Erməni millətçiləri son iki əsrdə azərbaycanlılara qarşı soyqırımı törədiblər
ANA SƏHİFƏ / SİYASƏT
11:12 04.04.2020

Mavritaniyanın "Əl-Cumhuriyyə” və "Əs-Səfir” portalları Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun müəllifi olduğu və 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalə yayıblar.

AZƏRTAC xəbər verir ki, məqalələrdə mart 31-də xalqımızın 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın qurbanlarının xatirəsini yad etdiyi bildirilir. Qeyd olunur ki, 1918-ci ilin mart və aprel aylarında erməni-daşnak və bolşevik dəstələri Azərbaycanın müxtəlif yerlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər şəhərlərdə insanların dini və etnik mənsubiyyətinə görə törədilmiş kütləvi qırğınlar nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilib.

Diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və etnik təmizləmələr nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımının dəhşətləri 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın tapılması ilə bir daha sübut olunub. Əldə olunan maddi sübutlar və sənədlər göstərir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının törətdikləri qanlı aksiyaların miqyası daha geniş olub.

Yazılarda vurğulanır ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısının iştirakı ilə kompleksin açılışı olub.

Erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı törədikləri soyqırımı və məqsədli deportasiya siyasəti Azərbaycan tarixində ağrılı səhifələrdir.

1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının kobudcasına pozulması aktları, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib. Bu qanlı hadisələr yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Hər bir vandalizm, separatçılıq, millətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməlidir.

"Biz beynəlxalq təşkilatları ikili standartlar tətbiq etmədən Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırırıq. İnanırıq ki, ədalət tezliklə bərpa ediləcəkdir. Bu dəhşətli cinayətə soyqırımı aktı kimi beynəlxalq hüquqi qiymət veriləcək, günahkarlar cəzalandırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bir milyondan artıq Azərbaycan vətəndaşı öz evlərinə qayıdacaq və əsir düşən azərbaycanlılar azad ediləcək”, - deyə yazılarda vurğulanır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM