Alternative content

13:51 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət Nazirliyi fəaliyyətini onlayn rejimdə davam etdirir
Mədəniyyət Nazirliyi fəaliyyətini onlayn rejimdə davam etdirir
ANA SƏHİFƏ / Mədəniyyət
10:16 04.04.2020

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarına əsasən, ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə (31 mart – 20 aprel) xüsusi iş rejimi tətbiq edilib. Qərarda xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının fəaliyyəti ilə bağlı müvafiq müddəalar əksini tapıb.

Mədəniyyət Nazirliyinin fəaliyyəti də sözügedən qərara uyğun olaraq tənzimlənir. Bununla bağlı Mədəniyyət Nazirliyinin aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin aparatında, nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində martın 30-dan etibarən onlayn rejimində fəaliyyəti davam etdirilir. Həmçinin sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilmişdir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyası ilə bağlı reallaşdırılan sosial izolyasiya tədbirlərinin ilk günlərindən etibarən Mədəniyyət Nazirliyi, öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında qurmaqla bərabər, eyni zamanda mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.

Çünki insanların hər gün, hər saat koronavirus infeksiyası ilə bağlı müxtəlif mənbələrdən aldığı saysız informasiyalar təbii olaraq hər kəsə psixoloji təsir göstərir, bir çoxlarına müəyyən əndişə, həyəcan yaşadır. Belə bir şəraitdə mədəni dəyərlərimiz bizlərə müsbət enerji və ruh qaynağı ola bilər. Odur ki, bu günlər insanların mədəni zənginliklə təması, ünsiyyəti xüsusilə vacibdir.

Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM