Alternative content

19:54 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Diqqətli olun və sağlam qalın
Diqqətli olun və sağlam qalın
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:22 03.04.2020


Ötən ilin sonlarından müxtəlif ölkələrdə başlayan COVID-19 infeksiyası XXI əsrin qlobal probleminə çevrildi. Xəstəliyin nə qədər davam edəcəyini heç kim bilmir. Bütün proqnozlar da şərti xarakter daşıyır. Koronavirusla mübarizəyə dərhal başlamayan bir çox Avropa dövlətləri hazırda ən çox əziyyət çəkən ölkələr sırasındadırlar. İtaliyada, İspaniyada, Fransada yoluxma və ölüm halları artmaqdadır. Öz səhiyyələri ilə dünyada tanınan ölkələr belə koronavirus qarşısında acizdirlər. Epidemiyadan qorunmanın əsas yolu yoluxmamaqdır. Bunun üçün demək olar ki, dünya ölkələrinin hər biri fövqəladə rejimə keçib, sərt tədbirlər görməyə başlayıblar. Əlbəttə ki, bu işdə operativlik əsasdır.

Çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq qürur doğuran möhtəşəm bir işdir. Biz bunu pandemiya böhranının ilk günlərindən Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərdə gördük. Prezidentin göstərişi ilə virusdan qorunmaq üçün verilən tapşırıqlar vaxtında və gecikdirilmədən reallaşdırılmağa başlandı. Tədbirlər göstərdi ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Vətəndaşın qayğıları dövlət üçün ümdə məsələdır.

Görüləcək işlərin başında sərhədlərin bağlanması durdu. Azərbaycan Respublikası qarşılıqlı razılaşma əsasında qonşu respublikalarla sərhədləri müvəqqəti olaraq bağladı. Qonşu dövlətlərdən ölkəmizə daxil olmaq istəyən insanlarımız üçün sərhəd məntəqələrində koridorlar yaradıldı. Növbəti görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin hər zaman önəm verdiyi gənclərlə bağlı oldu. Xarici ölkələrdə oxuyan tələbələrimizin vətənə qaytarılması üçün reyslər təşkil olundu və onlar dünyanın bir neçə ölkəsindən Azərbaycana qaytarıldı. Prezidentin hər göstərişində gəncləri qorumaq istəyi açıq-aşkar hiss olunur. Təhsil müəssisələrində tətilin uzadılması, online dərslərə keçid buna bariz nümunədir. Ölkə rəhbərinin dəstəyini və qayğısını hiss edən gənclər də ölkəmizin bu ağır günlərində fəaliyyətdən kənarda qalmadılar.

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə 65 yaşdan yuxarı vətəndaşların evdən küçəyə çıxmalarına qadağa tətbiq etdi. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin könüllüləri və ASAN könüllüləri tənha, kimsəsiz, evdən çıxa bilməyən, köməyə möhtac insanlara yardım etməyə başladılar. Gənclərimiz çətin günlərdə dövlətimizin və xalqımızın yanında olduqlarını göstərirlər.

Bu gün pandemiya ilə mübarizə sahəsində görülən işlər mütəmadi qaydada əhaliyə təqdim edilir. İnsanlarımız ölkəmizdəki cari vəziyyət, xəstəliyə yoluxanların, sağalıb yenidən normal şəkildə cəmiyyətə dönənlərin, karantində olanların sayı barədə məlumatları müntəzəm qaydada əldə edə bilirlər.

Ayrı-ayrı dövlətlərin deyil, ümumi dünyanın problemi olan bu infeksiya insanların bir-birinə olan sevgisini, həmrəyliyini göstərdi. Hazırda hər bir vətəndaş üzərinə düşən vəzifəni dərk edir. " Evdə qal, Azərbaycan!” şüarı ilə insanların, xüsusilə risk qrupuna daxil olanların evlərində qalmaları koronavirusa qarşı ən güclü mübarizədir. Hər gün mediada, sosial şəbəkələrdə aparılan təbliğat artıq insanların bu infeksiyaya həqiqətən ciddi yanaşmalarını təşviq edir. Bununla da əsas məqsəd infeksiyaya yoluxmanın sürətini azaltmaqdır.

Bütün gəncliyimiz adından hazırda koronavirusla mübarizə aparan, karantində olan vətəndaşlarımıza, infeksiyaya yoluxan insanlarımıza xidmət edən həkimlərimizə, Azərbaycanın bütün bölgələrində bizə "evdə qal” çağırışı edib, özləri fasiləsiz xidmət göstərən polislərimizə, hərbçilərimizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan xalqı bu mübarizədən də üzüağ çıxacaqdır. Diqqətli olun və sağlam qalın, biz birlikdə güclüyük!


Misirxan HƏSƏNOV,

"Azərkitab” Kitab Mərkəzinin direktoru, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM