Alternative content

19:55 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qiqi Mikautadze: Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər
Qiqi Mikautadze: Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər
ANA SƏHİFƏ / DÜNYA
19:19 03.04.2020

Gürcüstan hökuməti ölkənin buğda ununa olan tələbatını ödəmək üçün təcili olaraq yeni xarici bazar tapmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Gürcüstan üçün Lelo” siyasi birliyin liderlərindən biri Qiqi Mikautadze deyib.

Onun fikrincə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.

Siyasətçinin sözlərinə görə, Gürcüstan ən çox Rusiyadan buğda alır. Rusiya da koronavirusa görə, buğda ixracını məhdudlaşdırmağı planlaşdırır.

"COVID-19 virusuna görə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi buğda ixracını 7 milyon tonadək azaltmaq niyyətindədir. Gürcüstan 2019-cu ildə Rusiyadan 90 milyon ABŞ dolları dəyərində 430 min ton taxıl alıb. Bu da Gürcüstanın ümumi taxıl idxalının 87 faizini təşkil edib”, - deyə Q.Mikautadze vurğulayıb.

O deyib ki, koronavirusun yaratdığı problem ilk növbədə ərzaq təhlükəsizliyini irəli çəkib. Ona görə də, Gürcüstan hökuməti bu məsələyə xüsusi diqqət yetirməlidir.

Rəsmi statistikaya görə, son illər Gürcüstanda taxıl əkini son 10 ildə ən aşağı həddə düşüb. Sahələrdən toplanan taxıl ehtiyacların cəmi 15 faizini təşkil edir, məhsulun qalan 85 faizi isə xaricdən idxal olunur.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM