Alternative content

04:44 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Bankı Azərbaycanda baytarlıq ixtisası sahəsində yenilikləri yüksək qiymətləndirib
Dünya Bankı Azərbaycanda baytarlıq ixtisası sahəsində yenilikləri yüksək qiymətləndirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:55 03.04.2020

Dünya Bankının rəsmi bloqunda "Azərbaycanda baytarlıq sahəsində inqilabi dəyişiklikləri eşitmisinizmi?” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə Azərbaycanda aqrar sahədə təhsil, xüsusilə baytar mütəxəssislərin hazırlanması prosesindən bəhs olunub, bu ixtisas üzrə təhsil alan yerli və xarici tələbələrin baytarlıq ixtisasını seçmə səbəbləri, bu ixtisasa yanaşmaları barədə maraqlı videoçarx da yerləşdirilib.

Müəllif qeyd edir ki, Azərbaycan dövləti təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, xüsusilə aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Yazıda Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılan heyvandarlıq təsərrüfatında baytarlıq ixtisası üzrə tədris proqramı və burada aparılan təcrübələrə xüsusi toxunulub.

Bildirilib ki, baytarlıq peşəsinin potensialının və cəlbediciliyinin təbliği artıq Azərbaycanda öz bəhrəsini verməkdədir. Müəllif son illərdə baytarlıq ixtisası üzrə təhsil alanların sayının bir neçə dəfə artmasına diqqət yönəldərək vurğulayır ki, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr universitetin Tədris-Təcrübə Təsərrüfatında yerləşən fermada öz nəzəri biliklərini yeni metodologiya, texnologiya və ən yaxşı praktiki təcrübələrlə zənginləşdirirlər.

Məqalədə xəstəliklərin profilaktikası və müalicəsində yeni dərmanların və metodların tətbiqi sahəsində tələbələrin biliklərini artırmaq və təcrübi bacarıqlarını təkmilləşdirməsi üçün xüsusi proqramın tədrisi təqdirəlayiq hal kimi qiymətləndirilib.

Yazıda qeyd olunub ki, baytarlıq sahəsində keyfiyyətli təhsil Azərbaycanın heyvandarlıq sektorunda əsas xidmətlərin modernləşdirilməsində həlledici rola malikdir.

"İnsan kapitalına investisiya və heyvanlardarlığın inkişafına xüsusi diqqət yetirmək hər kəs üçün daha yaxşı bir dünyaya çatmağın ən yaxşı yoludur”, - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, ADAU-da Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində iki ferma inşa olunub, fermalar damazlıq heyvanlarla təchiz olunaraq tələbələrin istifadəsinə verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM