Alternative content

04:39 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lerikdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Lerikdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:29 03.04.2020

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə Lerik rayonunda maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus infeksiyasına mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə rayon ərazisində, o cümlədən Lerik şəhərində əhalinin sıx toplaşdığı yerlərdə maarifləndirmə və izahat işləri aparılır.

Bu məqsədilə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul işçiləri, mobil qrupların və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, insanları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Fəaliyyət göstərən bütün ticarət obyektlərinin rəhbərləri ilə fərdi qaydada izahat işləri aparılır, karantinin tələblərinə sözsüz əməl edilməsi tələb olunur.

Lerik Rayon Daxili İşlər Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırışlar edilir.

Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması və rayondaxili hərəkətin məhdudlaşdırılması ilə əlaqədar müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılaraq qaydaları pozan sakinlərə xəbərdarlıq edilib, maskasız, əlcəksiz gəzən sakinlərə rayon icra hakimiyyəti tərəfindən əlcək və maska paylanılıb.

Rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 28 nəfərə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilib, onlara tibbi ləvazimatlar paylanılıb.

Gün ərzində Lerik şəhərində 4 inzibati idarə binasında, 3 çoxmənzilli yaşayış binasının həyətləri və pilləkən qəfəslərində, Hacı Heydər, Elmar Qarayev, Həzi Aslanov küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM