03 Aprel 2020 18:21
775
İQTİSADİYYAT
A- A+

Mütəxəssislər pandemiyanın təsirini azaltmaq üçün görülən tədbirləri yüksək dəyərləndirirlər

COVID-19 bütün dünyanı çox çətin bir vəziyyətlə üz-üzə qoyub. Dövlətlər həm vətəndaşlarının sağlamlığı, həm də iqtisadi problemlərin həlli ilə bağlı təcili qərarlar qəbul edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti pandemiyanın təsirini azaltmaq məqsədilə cari proseslərə dərhal reaksiya verir və zəruri tədbirlər görür. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

İqtisadçı ekspertlər bu tədbirləri şərh edərək yüksək dəyərləndirirlər. Onlar xüsusilə ən vacib məqamları qeyd edirlər. Belə ki, 4 böyük sektoru və 20 biznes sahəsini, özəl sektorun 300 min işçisini, 290 min mikro və fərdi sahibkarı, əhalinin aztəminatlı təbəqəsini əhatə edən proqram xüsusi vurğulanır. Burada rəsmi işləyən sahibkarlara üstünlük verilir. Yəni pandemiyadan çox əvvəl başlayan maaşların "ağardılması” prosesində işçilərini və maaşlarını rəsmi qaydaya keçirməyi bacaran sahibkarlara yenə də müsbət münasibət olacaq. Məhz bu cür sahibkarlara ilk növbədə dövlət yardımı göstəriləcək. Proqramda həmçinin vergilərin qismən geri qaytarılması və müəyyən vergi növlərindən azadolmalar da nəzərdə tutulur. Həmçinin faizləri subsidiya etməklə pandemiyadan zərər çəkmiş bizneslərin kredit yükünün azaldılması planlaşdırılır.

Proqramın sosialyönümlü olması önəmlidir. Məsələn, sahibkarları cari iş yerlərinin saxlanılması üçün stimullaşdırmaqla yanaşı, vətəndaşların elektrik enerjisi və təhsil xərcləri də qismən qarşılanacaq.

Proqramın yalnız cari problemlərin həllinə deyil, həm də ölkənin gələcək inkişafına yönümlü olması da diqqəti cəlb edir. İpoteka kreditlərinin verilməsində dəstək və yeni biznes kreditlərinin subsidiyalaşdırılması buna misal ola bilər.

Beləliklə, proqram ən vacib sahə və istiqamətləri əhatə edən kifayət qədər geniş bir spektrə malik sənəd kimi dəyərləndirilir.

Məlumdur ki, sözügedən böhrandan ən çox zərər çəkmiş tərəflər mikro, kiçik və orta sahibkarlardır. Buna görə də ekspertlər vurğulayırlar ki, dəstək proqramı onların davamlı işləməsi və iflasdan xilas olması üçün əsas olacaq. Mütəxəssislər proqramın şəffaf işləyən sahibkarlara yönəldilməsini tam dəstəkləməklə yanaşı, mikrokredit müştəriləri üçün bəzi güzəştlərin olunmasını da tövsiyə edirlər. Bu sahədə əsasən öz ailə biznesini idarə edən və bir çoxu vergilərdən tamamilə azad olan kiçik sahibkarlar çalışır. Əksər hallarda həmin sahibkarlar mühasibat uçotu aparmayıblar. Odur ki, mütəxəssislərin fikrincə, bu proqram çərçivəsində maksimal sayda mikro biznesləri tamamilə şəffaf etmək mümkün olacaq.

Ekspertlər eləcə də bankların koronavirus pandemiyasından zərər çəkmiş müştərilərə dəstək verməyə hazır olduqlarını müsbət hal kimi qiymətləndirirlər.


Flora SADIQLI,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video