Alternative content

19:19 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp respiratorların istehsalı üçün "Müdafiə sənayesi haqqında Qanun"un maddələrinin tətbiq dairəsini genişləndirəcək
Tramp respiratorların istehsalı üçün "Müdafiə sənayesi haqqında Qanun"un maddələrinin tətbiq dairəsini genişləndirəcək
ANA SƏHİFƏ / DÜNYA
18:16 03.04.2020

ABŞ Prezidenti Donald Tramp tənəffüs aparatları istehsalçılarına kömək məqsədilə "Müdafiə sənayesi haqqında Qanun"un maddələrinin tətbiq dairəsini genişləndirəcəyini elan edib. Bu, getdikcə sayı artan COVID-19 virusuna yoluxmuş pasiyentlərin respiratorlarla sabit təminatına şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, Trampın sözlərinə görə, həmin sənədə müvafiq olaraq "General Electric", "Hill Rom", "Medtronic", "ResMed", "Royal Philips" və "Vyaire Medical" şirkətləri kimi yerli istehsalçılara respiratorların istehsalı üçün zəruri resursların əldə edilməsində səhiyyə, sosial təminat və milli təhlükəsizlik nazirlikləri tərəfindən yardım göstəriləcək.

"Mən belə çətin vaxtda respiratorların istehsalını artırmalarına görə bu və digər yerli istehsalçılara minnətdaram. Bugünkü sərəncam respiratorların sürətli istehsalına çətinlik törədən, istehsal-satış xəttindəki maneələri aşaraq insan talelərini xilas edəcək", - deyə Tramp bildirib.

Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə Federal Agentliyin vəzifəli şəxsləri bu həftə Konqresə nəzarət komitəsinə bildiriblər ki, 100 min respiratorun çox hissəsi tibbi bazar üçün yalnız iyun ayında əlçatan olacaq.

Onlar, həmçinin bildiriblər ki, dövlətin ehtiyatında cəmi 9500 respirator aparatı var və aprelin ortalarınadək buraya daha 3200 respirator əlavə olunacaq. Məhz aprelin ortalarında koronavirusun yayılmasının pik həddə çatacağı proqnozlaşdırılır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM