03 Aprel 2020 16:47
1558
İQTİSADİYYAT
A- A+

141 ölkə, 1 milyard dollardan çox ixrac sifarişi


Prezident İlham Əliyev ixracın coğrafiyasının genişlənməsi üçün daha rəqabətqabiliyyətli məhsulların hazırlanmasını vacib amil kimi qiymətləndirdi


Koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycan dövləti həm də ölkədə makroiqtisadi sabitliyi qorumaq üçün ciddi addımlar atmaqdadır. Əlbəttə ki, pandemiya insan tələfatı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsirini göstərməkdədir. Görülən qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı bu gün də ixrac yönümlülüyünü saxlamaqdadır. Xüsusən də son 3 ayda qeyri-neft sektorunun inkişafındakı 6,7 və qeyri-neft sənayesində 21,7 faizlik artım yüksələn dinamikanın real göstəricisidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2020-ci ilin mart sayında da göstərilir ki, bu ilin yanvar-fevral ayları ərzində ölkəmizin ixracı 3,2 milyard dollar təşkil edib.

İki ay ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (29,2 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon dollar) ikinci və pomidor (24,7 milyon dollar) üçüncü yeri tutub.

Bu müddət ərzində "Azexport.az” portalına daxil olan ixrac sifarişlərinə gəldikdə isə göstərilib ki, portala 102,9 milyon dollar dəyərində ixrac sifarişləri daxil olmuşdur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 29 fevralınadək (38 ay ərzində) "Azexport.az” portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687,7 milyon dollar təşkil edib.

Martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edən Prezident İlham Əliyev ölkədə ixracyönümlü məhsulların istehsalının artırılmasının, yeni bazarların axtarılmasının vacibliyini söyləyərək qeyd edib ki, məhsullarımızın həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olması üçün sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir. Bununla yanaşı, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır.

Dövlət başçısı dünya iqtisadiyyatının mövcud durumuna da toxunaraq xarici bazarlara çıxmağın ildən-ilə daha da çətinləşdiyini vurğulayıb. Bunun səbəbi kimi isə bir çox ölkələrin idxalı əvəzləmək siyasəti apardığını göstərib. Bu səbəbdən də Prezident ixracın əhatə dairəsinin genişləndirilməsi üçün həm yeni bazarların axtarılmasını, həm də daha rəqabətqabiliyyətli məhsulların hazırlanmasını vacib şərt kimi göstərib.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video