03 Aprel 2020 15:56
630
CƏMİYYƏT
A- A+

Karantin rejimində məqsəd vətəndaşların təhlükəsizliyi və sağlamlığıdır


İndiki həssas durumda hər kəs maksimum anlayış nümayiş etdirməli, məsuliyyətli olmalıdır


Dünyanı başına alan koronavirusdan xilasın əsas yollarından biri insanlar arasında təmasın minimuma endirilməsi və evdən bayıra çıxmamaqdır. Çin məhz sərt izolyasiya və məhdudlaşdıcı tədbirlərlə infeksiyanın daha geniş arealda yayılmasının qarşısını almağa müvəffəq oldu.

Son günlərdə isə Avropada və ABŞ-da, Çin istisna olmaqla, dünyanın bütün digər ölkələrindən daha çox yoluxma və ölüm halı qeydə alınıb. Pandemiyanın Çindəki pik dövrü ilə müqayisədə Qərb ölkələrində hər gün daha çox yoluxma halı baş verir. Bunun da əsas səbəblərindən biri ilk günlərdən koronavirus təhlükəsinə etinasız yanaşılması olub. Belə ki, bu gün hər birində 100 mindən çox yoluxmanın, 10 mindən çox ölümün qeydə alındığı İtaliya və İspaniyada xəstəliyin yayıldığı ilk vaxtlarda insanların preventiv tədbirlərə ciddi yanaşmamaları faciəvi nəticələrə gətirib çıxarıb. Eləcə də ABŞ dövləti hava məkanını, sərhədlərini bağlasa da, daxildə insanların bir-birini yoluxdurması nəticəsində indiyədək 245 min nəfərdə koronavirus aşkarlanıb.

Azərbaycanda koronavirus təhlükəsinin yarandığı ilk günlərdən qabaqlayıcı qərarlar qəbul edildi. Hələ fevral ayından infeksiyanın meydana çıxdığı İranla sərhədlər bağlanıldı. Martın əvvəllərindən isə ölkədə bütün orta və ali məktəblər, uşaq bağçaları bağlanıldı. Daha sonra respublikamızda əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsi tədricən daha da genişləndirildi, ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyəti tamamilə dayandırıldı.

Bütün bu addımları atarkən qarşıda duran yeganə məqsəd vətəndaşların təhlükəsizliyi və sağlamlığı olub. Nəticə etibarilə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə və virusun geniş yayılmasının qarşısını almağa imkan verdi.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə aprelin 5-dən əlavə tədbirlərə start veriləcək. Bu tədbirlərə əsasən koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. Eyni zamanda digər vətəndaşlar evdən çıxdıqları təqdirdə 8103 nömrəsinə SMS göndərməlidirlər. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.

Karantin rejiminin pozulmasına görə cəzanın sərtləşdirilməsinin yeganə məqsədi məhz vətəndaşlarımızı qorumaqdır. Ona görə də indiki həssas durumda hər bir vətəndaş maksimum anlayış nümayiş etdirməli, məsuliyyətli olmalı və karantin rejiminin tələblərinə əməl etməlidir. Bu tələblərə əməl olunması həm də milli həmrəylik məsələsidir. Öz növbəsində milli həmrəyliyimiz dövlətimiz üçün yaranan təhlükənin dəf edilməsi deməkdir.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video