Alternative content

07:40 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda demokratiyaya yenidən qəsd edilir
Ermənistanda demokratiyaya yenidən qəsd edilir
ANA SƏHİFƏ / SİYASƏT
15:47 03.04.2020


Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilsə də, ölkədə bu xəstəliyə yoluxanların sayı artır. Bu fonda ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb. Bununla belə, təkcə son bir sutkada daha 92 virusa yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 700-ü keçib. Aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növlərinə və azad hərəkət etmək azadlıqlarına aiddir.

Bundan başqa, Ermənistan parlamenti də baş nazir Nikol Paşinyanın lideri olduğu "Mənim addımım” fraksiyası tərəfindən ölkə ərazisində telefon zənglərini izləyərək insanların hərəkətetmə və təmas dairəsini müəyyən etmək icazəsini verən qanun layihəsini qəbul edib. Qanun layihəsini prezident Armen Sarkisyan da öz imzası ilə təsdiqləyib. Hökumət bununla koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın aşkarlanması imkanını qazanıb.

Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd olduğunu və insan azadlıqlarının pozulması halı kimi qiymətləndirərək, vətəndaşlar haqda toplanan şəxsi informasiyaların gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsini yaratdığını bildirirlər. Hakimiyyət isə məlumatların yalnız koronavirusla mübarizə üçün istifadə olunacağını və yoluxma təhlükəsi aradan qaldırıldıqdan sonra bütün toplanan informasiyaların ləğv ediləcəyini bildirir. Amma Ermənistan parlamentində "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” fraksiyaları bunu demokratiyaya zidd addım kimi qiymətləndirərək qanunu boykot ediblər. Bununla belə, hökumət "Mənim addımım” fraksiyasının 88 deputatı hesabına vətəndaşlarının fəaliyyətini izləmək imkanı qazanıb.

Ermənistanın "Qraparak” nəşri baş verənlərlə bağlı olaraq yazır: "Ermənistanın "Mənim addımım” fraksiyası sübut etdi ki, o, parlament fraksiyası deyil, əxlaqsız hadisələrin toplusudur. Zorakılıq və sıfır parlamentarizm. 2018-ci ildə baş verən macəra sayəsində parlamentdə peyda olmasaydılar, bu gün taksi sürəcək və ya başqasının evini təmizləyəcək insanlardan başqa bir şey gözləməyə ehtiyac yoxdur. Ermənistan parlamenti hökumət tərəfindən təqdim edilən "İnsanların zənglərinə nəzarət və məkanı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etməklə Paşinyana insanlar üzərində total nəzarət imkanı qazandırdı”.

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkətetmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulmasına görə inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur. Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağandır.

Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə polis nəzarət edir. Polis istənilən şəxsi saxlayıb sənədlərini yoxlaya və sorğu-sual edə bilər. İndi bunun ardınca insanların telefon zənglərinin dinlənilməsi hökumətə onların üzərində daha çox və sərt şəkildə nəzarətetmə imkanı qazandırır. Bu da demokratiyanın məhvi deməkdir.

Elçin CƏFƏROV,

"Azərbaycan"




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM