03 Aprel 2020 15:17
828
Mədəniyyət
A- A+

ISESCO "Distant mədəniyyət" çərçivəsində 9 ən kreativ tələbə üçün mükafatlar təsis edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) həyata keçirdiyi "Rəqəmsal ev" proqramı üzrə həyata keçirilən "Distant mədəniyyət" treninq kursları təşəbbüsü çərçivəsində 9 ən kreativ tələbə üçün mükafatlar təsis edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın bu təşəbbüsündən əsas məqsəd dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində təhsilin və mədəniyyət tədbirlərinin davamlı olmasını təmin etməkdir. Daha yaradıcı və artistik istedadı olan tələbələr kursların sonunda pul mükafatı alacaqlar.

Qeyd olunub ki, distant treninqlər və mədəni irsin öyrənilməsi onlayn rejimində həyata keçiriləcək. Bu məqsədlə ISESCO İslam dünyasının maddi və qeyri-maddi mədəni irsinə dair videomateriallar hazırlayır və onlar aprelin 15-dən başlayaraq təşkilatın rəsmi saytında yerləşdiriləcək. Bu materiallarda mədəni irs siyahısına daxil edilmiş abidələr, onların və muzeylərin idarəçiliyi və fəlakətlərə qarşı mühafizəsi, İslam Dünyası Mədəni İrsi və Dünya Mədəni İrsi siyahılarının təqdimatı əks olunacaq. Bundan başqa, tələbələr üçün musiqi, təsviri incəsənət və qısa hekayə müsabiqələri də təşkil olunacaq.

Müsabiqənin qaliblərinə 6 mindən 2 min dolaradək mükafatlar veriləcək. ISESCO bütün üzv ölkələrin gənclərini təşəbbüsə qoşulmağa çağırıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video