Alternative content

23:43 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb
Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb
ANA SƏHİFƏ / SİYASƏT
14:29 03.04.2020


Azərbaycanda vaxtında qəbul edilən preventiv qərarlar infeksiyanın geniş yayılmasının qarşısını alıb

Qabaqlayıcı və hətta sərt məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bütün dünyada koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı sürətlə artmaqdadır. Aprelin 3-nə olan məlumata görə, 200-dən artıq ölkədə koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.

Konkret ifadə etsək, dünyada koronavirusa yoluxanların sayı 1 milyon 17 min 593 nəfərdir. Ekspertlərin rəyinə görə, dünyanın bir çox ölkələrində yalnız xəstəliyin aşkar əlamətlərini büruzə verən şəxslərdə test aparılır və virusa yoluxanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur.

ABŞ və Avropa ölkələri virusa yoluxanların və dünyasını dəyişənlərin sayına görə infeksiyanın ilk qeydə alındığı Çini çox geridə qoyublar. Belə ki, ABŞ, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdə son həftədə virusa yoluxanların sayında rekord artım baş verib. Hazırda ABŞ-da koronaviruslu xəstələrin sayı 245 min nəfəri ötüb. İtaliyada 115 min, İspaniyada isə 112 mindən artıq insanda COVID-19 aşkarlanıb. Almaniyada bu rəqəm 85 min nəfər təşkil edir. Xatırladaq ki, virusun episentri olan Çində indiyədək 81 min nəfərdən artıq insan virusa yoluxub.

Avropanın digər ölkələrində də vəziyyət ürəkaçan deyil. Belə ki, son günlərdə Fransada koronavirusa yoluxanların sayı 59 min, Böyük Britaniyada 33 min, İsveçrədə 18 min, Belçikada 15 min, Niderlandda 14 min, Avstriyada 11 min, Portuqaliyada 9 min, İsveç və Norveçdə 5 min, Çexiya və İrlandiyada 3 min nəfəri ötüb.

Elə buna görə də bütün dünyada koronavirusdan vəfat edənlərin dörddəüçü Avropa dövlətlərinin payına düşür. Xatırladaq ki, aprelin 3-nə olan statistikaya görə, virus qurbanlarının sayı 53 min 249 nəfərdir. Ayrı-ayrı ölkələrə gəldikdə, son statistikaya əsasən, İtaliyada 13915 nəfər, İspaniyada 10348 nəfər, ABŞ-da 6096 nəfər, Fransada 5387 nəfər, Böyük Britaniyada 2921 nəfər, Niderlandda 1339 nəfər, Belçikada 1011 nəfər xəstəliyin qurbanı olub.

Respublikamıza qonşu ölkələrdə də vəziyyət ciddidir. Belə ki, İranda virusdan dünyasını dəyişənlərin sayı 3160 nəfərdir. Ölkədə virusa yoluxanların sayı isə 50 min nəfərdən artıqdır. Rusiyada son sutka ərzində koronavirusa daha 601 yoluxma halı qeydə alınıb və belə xəstələrin sayı 4149 nəfərə çatıb. Şimal qonşumuzda indiyədək 34 nəfər infeksiyadan vəfat edib. Türkiyəyə gəldikdə, bu ölkədə 18135 nəfərdə koronavirus aşkarlanıb, 356 nəfər dünyasını dəyişib.

Onu da qeyd edək ki, son günlərdə ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Təkcə aprelin 2-də ABŞ-da bu virusdan min nəfərdən artıq insan dünyasını dəyişib. Bütün ölkələr üzrə koronavirusun statistikası günbəgün deyil, hər saatdan bir dəyişir. Təəssüf ki, yoluxanların və vəfat edənlərin sayı yüksələn xətlə davam edir.

Azərbaycanda bu günə qədər 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər isə vəfat edib. Hazırda 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd etmək lazımdır ki, respublikamızda vaxtında qəbul edilən preventiv qərarlar virusun geniş yayılmasının qarşısını alıb. Bütövlükdə isə statistika göstərir ki, Azərbaycanda koronavirusun yayılması tədricən azalmağa doğru gedir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM