Alternative content

06:35 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərenerji” ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyasını yenidən qurur
“Azərenerji” ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyasını yenidən qurur
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:38 02.04.2020


"Azərenerji” ASC ölkənin bir nömrəli və ən böyük həyati əhəmiyyətli yarımstansiyası sayılan və 35 il əvvəl tikildiyindən istismar müddətini bitirən 500 kilovoltluq "Abşeron” yarımstansiyasını yenidən qurur. Qeyd edək ki, bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən 3 ədəd 220 kilovoltluq "Xırdalan”, "Müşfiq” və "Hövsan” yarımstansiyaları məhz "Abşeron” yarımstansiyasından qidalanır.

Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından strateji əhəmiyyətli "Abşeron” yarımstansiyasına birbaşa daxil olan 500 və 330 kilovoltluq hava xətləri "Sumqayıt” Elektrik Stansiyası, "Yaşma”, "Ağsu” və "Qəbələ” yarımstansiyalarını da əlaqələndirir.

Hazırda "Abşeron” yarımstansiyasında 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularda yenidənqurma işləri aparılır, avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilir. Müasir tipli rəqəmsal panellər, rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunmuş yeni idarəetmə binası tikilir. SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Əraziyə yeni su xətti çəkilir.

Qəzaların qarşısının alınması, enerji yükünün ötürülmə keyfiyyətinin artırılması, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isəistehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, "Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM