Alternative content

07:18 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birlik, bərabərlik vaxtıdır
Birlik, bərabərlik vaxtıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:33 02.04.2020


Hər gün dünyanın müxtəlif guşələrindən ağır xəbərlər alırıq. Koronavirus adlı bəla ölkələri dolaşır.

Azərbaycan da dünyanın bir parçasıdır. Bu təhlükə ondan da yan keçməyib. Koronavirusun yayılmağa başladığı ilk gündən Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda vacib addımlar atıldı, məqsədyönlü qərarlar qəbul edildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və xəstəliklə mübarizəyə başlanıldı. Eyni zamanda bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Həyata keçirilən işlər, verilən qərarlar cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandı. Xalqımız tarix boyu ellə gələn dərd-bəlalara, ağrı-acılara birlikdə sinə gərib. Bu gün də bərabərlik vaxtıdır. Azərbaycan xalqı bu amansız xəstəliklə mübarizədə öz birliyini, həmrəyliyini nümayiş etdirir.

Ancaq bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bütün insanlar səfərbər olmalıdır. Cəmiyyətin hər bir fərdi öz üzərinə düşən məsuliyyəti anlamalıdır. Hər kəs bilməlidir ki, əslində, ondan çox böyük bir iş tələb olunmur. Sadəcə, özünün, doğmalarının, eləcə də bütün soydaşlarının, ölkəsinin bu bəlanı dəf etməsi üçün qaydalara etinasız yanaşmamalıdır. Bu sadə olduğu qədər vacib məsələdir.

Ölkədə koronavirusla mübarizə tədbirlərinin böyük qətiyyətlə həyata keçirildiyi günlərdə Azərbaycan vətəndaşlarının çoxu üzərinə düşən vəzifəni anlayır. Ancaq təəssüf ki, bunu hər kəsə şamil etmək mümkün deyil. Martın 28-də "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev diqqəti bu vacib məsələyə yönəltdi. Ölkə başçısı bildirdi: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın”. Prezident vurğuladı ki, yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar, həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalır, onun sağlamlığını qorumağa çalışır. Bu qlobal bəlanın öhdəsindən gəlmək üçün əhali də əzmkarlıq göstərməlidir. Bu gün mütəxəssislərin cəmiyyətə yönələn müraciətlərində, videoçarxlarda da əminliklə bildirilir ki, müəyyən sadə qaydalara əməl etməklə, qabaqlayıcı təbdirlər görməklə koronavirusu uzaq tutmaq mümkündür.

Evdə qalmaq, məcbur olmadıqda küçəyə çıxmamaq koronavirusa yoluxma, onun törətdiyi acılar, boğulma ilə və başqa ağrılarla müqayisə olunmayacaq qədər asandır. Unutmayaq ki, evimizdə olanlar bizim iş günlərində üzlərini çox görə bilmədiyimizdən gileyləndiyimiz insanlardır. "Evdə qal” çağırışına əməl etməyimiz əzizlərimizlə daha çox vaxt keçirməyimiz deməkdir.

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda əhali arasında xəstəliyin geniş yayılmaması naminə həyata keçirilən işlər davam edir. Görülən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yalnız bu yolla ölkəmizdə koronavirusa yoluxmaları minimum həddə saxlamaq mümkündür.

İndi dünyanı öz cənginə alan koronavirusun qarşısını almaq üçün başqa yol qalmır. Amma bu sıxıntılar müvəqqətidir. Yenə qaynar iş həyatı, bu günlərdə görə bilmədiyimiz üçün darıxdığımız dostlarımızla, qohumlarımızla görüşlər bizi gözləyir. Yenə nəinki ölkəmizin gözəl guşələrinə, həm də dünyanın gedə biləcəyimiz hər yerinə səyahətlər edə biləcəyik.

Yarımçıq qalan işlərimiz, hər gün keçdiyimiz küçələr, getdiyimiz binalar, insan nəfəsinə həsrət qalan kinoteatrlar, muzeylər, sərgi salonları qəribsəyir. Bu ayrılıq həm də malik olduqlarımızın, fərqinə varmadıqlarımızın nə qədər mühüm və dəyərli olduğunu bizlərə xatırladır.

Sərhədlər tanımayan, qısa müddətdə ən fərqli coğrafiyalara yayılan, insanların sağlamlığını, həyatını təhdid edən koronavirus pandemiyasının qarşısını almaq çətin olsa da, mümkünsüz deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Biz birlikdə güclüyük!” Bu birlikdən doğan güclə tezliklə koronavirus bəlasından xilas olacağıq.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM