Alternative content

06:27 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hünərimsən, qeyrətimsən, zəfərimsən, Azərbaycan əsgəri!
Hünərimsən, qeyrətimsən, zəfərimsən, Azərbaycan əsgəri!
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:10 02.04.2020


2 aprel 2016-cı il münaqişə və müharibə şəraitində olan tərəflərin hərb tarixinə müxtəlif rəngdə yazıldı: Azərbaycana qalibiyyət, Ermənistana isə məğlubiyyət dərsi oldu!

Tarixin döyüş və zəfər salnaməli səhifələri az olmayıb. Müharibənin yazılmış və yazılmamış qanunları var. Əsas hədəfə - strategiyaya nail olmaq üçün döyüşlərin müəyyən məqamında taktiki gedişlər dəyişilir, yəni düşmənin başını cəbhənin bir yanında qatıb, digər istiqamətdən həmləyə keçilir. Müharibəyə ciddi hazırlıq döyüşlər vaxtı özünü göstərir: hər addımda ya məğlubiyyət, ya da qələbə əzmi hiss edilir.

Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları ilə bağlı başladığı elan olunmamış müharibə yenicə müstəqilliyini bərpa etmiş dövlətimizə arxadan vurulan zərbə oldu. Xalq ağır günlərdə Ulu Öndər Heydər Əliyevi heç də təsadüfi yerə köməyə çağırmırdı. Ümummilli Lider gəldi, həm də necə?! Cəbhənin Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı Ali Baş Komandan önə - səngərə gəldi. Hərbiçilərin yaninda oldu. Bundan sonra  hər qarış Vətən torpağının azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan, qeyrətinə və dövlətinə, xüsusən də Ulu Öndərin siyasətinə güvənən Azərbaycan əsgərinin əks-hücuma keçməsi həlledici rol oynadı.

 Həmin istiqamətdə ordumuz düşmənə "öz yerini göstərdi” - xeyli ərazi, Horadiz də daxil olmaqla, düşmən əsarətindən xilas edildi. Bu hücuma tab gətirməyən Ermənistan havadarlarını köməyə, atəşkəs elan etməyə çağırdı. Beləliklə, 1994-cü ildən atəşkəs elan edildi. Buna baxmayaraq, riyakar Ermənistan özünün təcavüzkar və işğalçılıq siyasətinə son qoymadı, hər gün ön cəbhədə atəşkəs rejimini pozaraq, hətta dinc əhalimizə - uşaqlara, qoca və yaşlılara atəş açmaqdan çəkinmədi. Görünür, "Aprel zəfəri” üçün "burunları gicişirdi”.

2 aprel 2016-cı il münaqişə və müharibə şəraitində olan tərəflərin hərb tarixinə müxtəlif rəngdə yazıldı: Azərbaycana qalibiyyət, Ermənistana isə məğlubiyyət dərsi oldu!

"Gənclər Kuboku: Aprel zəfəri”

Tarixə "Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular.

Aprel döyüşlərində qazandığımız zəfər ölkə ictimaiyyətində vətənpərvərliyi daha da artırdı. Bu zəfərə həsr edilən silsilə tədbirlər keçirildi. Məsələn, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov həyata keçirdikləri layihələrin biri haqqında fikirlərini bölüşərkən mətbuata açıqlamasında dedi: "1000-dən artıq gəncin iştirak etdiyi "Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir”.

Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin öldü, 10 nəfər yaralandı, infrastruktur obyektləri zədələndi, evlər dağıdıldı, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəydi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edildi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

"Lələtəpə”dən yalnız Qarabağ yox, Böyük Qələbə də görünür

Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis-texniki qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq erməni əsgəri isə ağır yaralandı.

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması mümkün oldu. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işləri aparıldı. Bu məqsədlə ölkə başçısı İlham Əliyev 24 yanvar 2017-ci il tarixində "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrıldı. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcını qoymuş oldu.

"Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016”

Məhz bu başlıq altında Azərbaycan Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşdı. Orada Aprel zəfəri öz əksini tapdı. Və bir daha dövlət başçısı qeyd etdi ki, düşmən tapdağında qalan ərazilərimiz tamamilə azad ediləcək və o yerlərdə də yeni həyat qurulacaq.

Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Ermənistanın əsl mahiyyəti üzə çıxdı.

Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində

Aprel döyüşlərinin rolu

Aprel zəfəri Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu. Hər kəs bu qələbənin əldə olunmasına sevinməklə yanaşı, onun təbliğinə də ciddi ehtiyac duydu. Bu, böyük Qələbənin ən mühüm şərtlərindən biridir. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi ilə 2017-ci ildə "Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu” adlı kitabın nəşri də təsadüfi deyildi. Bu topluda Qarabağ müharibəsi, Aprel döyüşləri haqqında qısaca məlumat verilib, kitabxanalarda hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində müvafiq tədbirlərin keçirilməsinə kömək məqsədilə tövsiyələr əks etdirilib. Əlavə olaraq rəsmi sənədlər, Aprel döyüşlərində həlak olmuş şəhidlərin siyahısı, istifadə olunmuş ədəbiyyat oxuculara təqdim olunub.

Ermənilərin Aprel fəsadları

"...Ermənilər apreldə Azərbaycanla dördgünlük müharibə zamanı yaralanan hərbçilərinin müalicəsi üçün pul dilənir”.

Bu barədə erməni politoloq Suren Sərkisyan Ermənistan mətbuatına müsahibəsində "Aprel fəsadları”ndan danışarkən deyib. Hakimiyyəti satqın adlandıran politoloq 2016-cı il Aprel döyüşləri zamanı ölən, yaralanaraq əlil olan erməni hərbi qulluqçularının və onların ailə üzvlərinin sosial-məişət şəraitindən söz açıb: "Bu gün hamı şəhid olanlardan danışır. Apreldə ölənlərin foto və videoları ilə şou yaradan dövlət rəsmiləri onların ailələri və yaralıların problemləri ilə maraqlanmır. Dövlət, ümumiyyətlə, bu şəxsləri unudub. Müalicələri üçün pul tapa bilməyən əlillərin ailələri qapı-qapı düşüb pul dilənirlər”.

S.Sərkisyan müsahibəsində Aprel döyüşləri zamanı yaralanmış David Tadevosyanın timsalında təəssüratlarını bölüşüb: "Aprel döyüşlərində yaralanan şəxslər evlərinə döndükdən sonra bəziləri ailələrinə zərər verdikləri üçün psixoloji mərkəzlərə yerləşdirilib, bəziləri həbsxanalara düşüb, bəziləri isə küçələrdə sərsəm gəzməklə gülüş obyektinə çevrilib. Belə getsə, bu diqqət və qayğısızlığa görə Ermənistan əsgərsiz qalacaq”.

24 il sonra, yaxud Aprel döyüşlərinin gücü

Bu şanlı bir zəfər idi! 24 il sonra ermənilərə böyük bir zərbə vurulmuşdu! Ermənistan tərəfi yüzlərlə itki vermişdi. 4 gün davam edən döyüşlərdə Azərbaycan tərəfi gücünü göstərmişdi. Ermənistanı qorxu bürümüşdü. Çünki Azərbaycan ayağa qalxmışdı. Bütün gənclər küçələrə axışmışdı. Hamısının gözündə bir cihad vardı. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. İşğal olunmuş torpaqlarını qanı bahasına da olsun geri qaytarma gücünə malikdir!

Aprel döyüşləri tariximizin unudulmaz səhifəsidir. Bunu ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev də öz çıxışında vurğuladı: "Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM