Alternative content

05:40 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn tədrisə keçid təşviq edilir
Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn tədrisə keçid təşviq edilir
ANA SƏHİFƏ / Təhsil
19:59 02.04.2020

Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə peşə təhsili müəssisələrinin tələbələri üçün dərslərin çəkilişi həyata keçirilir. Koronavirus pandemiyası dövründə tələbələrin tədrisdən geri qalmamaları üçün bu dərslər milli telekanalda yayımlanacaq.

BMTİP-in Azərbaycan ofisindən AZƏRTAC-a bildirilib ki, dərslər geyim üzrə dizayner, mebel istehsalı, informasiya texnologiyaları və proqramlaşdırma, eləcə də digər istiqamətlər üzrə peşə təlimlərini əhatə edir. Həmin dərslər "Mədəniyyət” kanalının "Dərs vaxtı” verilişində aprelin 3-dən başlayaraq saat 16:30-da yayımlanacaq və digər rəqəmsal platformalarda da mövcud olacaq.

Teledərslər hər kəsin, xüsusən də Azərbaycanın daha ucqar ərazilərində internetə çıxışı olmayan tələbələrin təhsil almasına dəstək olacaq. Bütün dərslər Təhsil Nazirliyinin video.edu.az portalına yerləşdiriləcək.

Dərslər Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədilə həyata keçirilən "Lənkəran iqtisadi rayonunda regional model peşə təhsili mərkəzinin yaradılması” və "Gəncədə sənaye üzrə regional peşə kompetensiya təhsili mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb.

2018-ci ildən bəri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində dülgər, üzlükçü-dizayner, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində geyim üzrə dizayner, isitmə və soyutma sistemlərinə xidmət, dağ-mədən sənayesi kimi sahələrdə 460-dan çox tələbə üçün praktiki tədris həyata keçirilir. Bu günədək həmin iki layihə çərçivəsində 12 yeni ixtisas kurikulumu və 54 tədris modulu, bundan əlavə 10 qısa müddətli kurslar üçün kurikulum və modulların hazırlanmasına dəstək göstərilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM