Alternative content

23:30 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix heç nəyi unutmur
Tarix heç nəyi unutmur
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:02 02.04.2020

Yer üzündəki xalqların hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri mövcuddur. Məsələn, türklər qonaqpərvərliyi, mərdliyi, istiqanlılığı ilə, almanlar dəqiqliyi, ingilislər soyuqqanlı olmaları ilə seçilirlər. Bütün bunların əksinə, dünya adlı bu evimizdə "erməni” deyilən bir millət də vardır. Onları XIX-XX əsrlərdə yaşayıb-yaratmış ictimai xadim, rəssam-xəttat, musiqişünas alim, nəhayət, şuşalı Mir Mövsüm Nəvvabın sözləri ilə təqdim etsək, daha doğru olardı: "Ermənilər çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsadla yoğrulmuş adamlardır. Hansı vilayətdə ki bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı ermənilər olurdu”.

Hər şey əslində 300 il bundan öncə başlamışdı:

– 1701-ci ildə Avropada yaşayan İsrail Oriya adlı bir erməni rus çarı I Pyotra ünvanladığı məktubunda yazırdı: "Sizə məlumdur ki, qədimdə erməni torpaqlarında kral və xristian knyazlıqları olmuş, sonralar dinsizlərin əlinə keçmişdir. 250 ildən artıqdır ki, biz Adəm övladları bu zülm altında inildəyir və miskin xalqımız Siz çar əlahəzrətlərindən kömək ümidilə yaşamaqdadır”.

1703-cü ildə isə Oriya I Pyotra Ermənistanın xəritəsini təqdim edir: "Bu xəritədən aydın görünür ki, bütün ölkədə İrəvandan başqa qala yoxdur. Allah sizin orduya bu yerləri – Ermənistan və Gürcüstanı ələ keçirməyə kömək olsun...”

O, Xəzəryanı bölgələri ələ keçirdikdən sonra ucqarlarda imperiya hakimiyyətinin möhkəmləndirilməsi üçün bu ərazilərə xristianları köçürməklə yerli müsəlman əhalinin sayının azaldılmasının vacibliyini qeyd etmişdi. Beləliklə, ermənilər rus çarının diqqətini münbit torpaqlara, "əzabkeş xalqın xilası üçün” yeni müharibələrə və işğallara cəlb edə bilirlər. 1724-cü ilin oktyabrında I Pyotr ermənilərin işğal edilmiş ərazilərə köçürülməsi haqda əmr verir. Elə həmin dövrdən də ermənilər Qafqazda görünməyə başlayırlar. Və bununla da XX əsrdə xalqımızın başına gələcək faciələrin əsası qoyulmuş olur.

1813 və 1828-ci illərdə Rusiya-İran müharibələrinin sonunda Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanması ilə ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycanın Naxçıvan və Qarabağ torpaqlarına kütləvi şəkildə köçürülməsinə başlanılır. Ermənilərin bu regionda sayı artdıqca xislətlərində başqalarına aid olanı mənimsəmək hissi daha da güclənir və havadarlarının köməyilə qondarma "erməni vilayətləri”nin yaradılmasına nail olurlar.

Böyük Ermənistan xülyası bu millətin ən böyük arzusu idi. 1783-cü ilə aid sənədə əsasən, ətraf bölgələrdə olsa da belə, Bakıda heç bir erməni ailəsi olmamışdır. 1809-cu ildə Həştərxan gömrüyünün rəhbəri İvanovun general Tarmasova raportunda isə Bakı qalasında 4341 nəfərdən ibarət 861 azərbaycanlı ailəsinin və 163 nəfərdən ibarət 34 erməni ailəsinin olması haqda məlumat verilirdi. 1829-1830-cu illərdə Qafqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüşdü. Onların əksəriyyəti Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdi. 1875-ci ildə Bakıda "Armyanskoye Çelovekolyubivoye obşestvo svetoqo Georgiya” adlı bir cəmiyyət yaradıldı. Cəmiyyətin vəzifəsi varlı ermənilərin və kilsə ianələrinin hesabına ermənilərə yardım göstərilməsi idi. Amma əsl niyyətləri "daim incidilən, əzab verilən, xristian xalq” kimi imperiyanın diqqətini çəkmək və daha böyük dəstəyə nail olmaq idi. 1878-ci ildə İsveçrədə "Hnçaq”, 1890-cı ildə isə Qafqazda "Daşnaksütyun” erməni milli təşkilatları yaradılır. Hadisələr erməni kilsəsi tərəfindən planauyğun şəkildə idarə olunur və hissə-hissə həyata keçirilirdi. Onlar hələ 1844-cü ildə Şuşa qalasında, 1903, 1904-1905-ci illərdə isə İrəvanda və Bakıda müsəlmanların qətlinə gətirib çıxaran iğtişaşlar törətmişdilər. 1914-cü ildə I Dünya müharibəsi zamanı türk-rus cəbhəsində osmanlı erməniləri ruslarla birləşirlər. Ermənilərin vəhşəti nəticəsində təkcə Sarıkamışda 90000 türk mehmetciyi şəhid olur, Oltu, Van və Muş vilayətlərində dinc əhalidən 25000 günahsız türk qətlə yetirilir.

1917-ci ildə Rusiyada baş vermiş fevral burjua inqilabından sonra imperiya hakimiyyəti altında olan və əsasən müsəlman əhalidən ibarət türk torpaqlarında – Azərbaycan, Özbəkistan və Qazaxıstanda müstəqil dövlətlərin yaradılması məsələsi daha da aktuallaşır. Yaranmış belə bir vəziyyətdə ermənilər bolşevik bayrağından öz məqsədləri, rus əks-inqilabçıları da erməni planlarından özləri üçün istifadə etməyə çalışırdılar. Beləliklə, 1918-ci ilin əvvəlindən azərbaycanlıların və özbəklərin tamamilə məhv edilməsi kimi cinayətkar bir planın icrasına başlanılır.Yanvar ayında Türküstanda (Özbəkistan) Sovet hakimiyyətinin qəbulundan imtina

edilir.

Türküstan Milli Azadlıq hərəkatının genişləndiyi və onun müstəqil respublikanın yaradılması cəhdinin qarşısının alınması üçün Moskvadan buraya 11 eşalon silahlı əsgər göndərilir ki, onların da böyük əksəriyyətini daşnaklar təşkil edirdi.

1918-1919-cu illər ərzində təkcə Fərqanə vadisində ümumilikdə 30000-ə yaxın dinc əhali məhv edilir. 1918-ci ilin yanvar ayında təkcə Kokand şəhərində 3 gün ərzində 10mindən çox insan öldürülür. Həmin ilin iyununda daşnaklar Qırğızıstanın Oş şəhərinə, dekabrda isə Cəlalabada hücum edərək minlərlə insanın qanına bais olurlar. Arxiv materiallarına əsasən, 1918-1919-cu illərdə Türküstan ərazisində erməni daşnakları tərəfindən 35000-dən artıq dinc sakin amansızcasına qətlə yetirilmişdi.

1918-ci ilin martın 31-dən isə Azərbaycanın demək olar ki, bütün şəhərlərində on minlərlə azərbaycanlının kütləvi şəkildə qətlinə səbəb olan soyqırım törədilir. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa, "Qırmızı Qvardiya” adı altında yaradılmış 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası bütün cəbhəboyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirlər.

Qadınlar isə daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına əsasən, qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən onlarca qadının meyiti tapılmışdı. Mart hadisələrinin ən dəqiq təsvirini "Kaspi” qəzetində mürəttib işləmiş Seyidağa Axundzadənin yazılarından əldə etmək olar. Onun 1919-cu ildə nəşr edilmiş "Mart hadisəsi 1918” kitabından kiçik bir iqtibası diqqətinizə çatdırıram. Vaxtilə çalışdığı mətbəələrin 1918-ci ilin martın 31-də ermənilər tərəfindən yandırılaraq xarabazara çevrildiyini öz gözləri ilə görən S. Axundzadə yazırdı: "Bu gün seşənbə günü, mart ayının iyirmisi saət on birdən etibarən müharibə bir milli rəng almış idi. Ona binaən də saət bir radələri idi, ermənilər tərəfindən müsəlman məhəllələrinə hücum edilib, Nikolayevski caddə də onlar tərəfindən işğal edildi və Cəmiyyəti Xeyriyyə binası da onların əlinə keçdi. Hətta şəhər idarəsi binasına qədər yürüş edib idarəni də əllərinə aldılar və oraya mitralyoz və toplar yeridib İçərişəhəri xarabazara döndərmək istiyorlardı... Qoşun dərhal şəhər bağının cənubundan hücum edib mitralyozdan səri atəşlər açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyi qəti qərara alıb Cəmiyyəti Xeyriyyə binasına və "Açıq söz”, "Kaspi” mətbəə və idarələrinə od vururlar”.

S.Axundzadə sübh tezdən hərbi gəmilərdən və erməni məhəllələrindən İçərişəhərin top atəşinə tutulduğunu, evlərin, məscidlərin, minarələrin dağıdıldığını, bu hadisələrin müsəlmanlarla yanaşı, ziyan çəkmiş rus və yəhudilərin də ciddi etirazına səbəb olduğunu belə qeyd edirdi: "Bu halı görən İçərişəhərdə yaşayan xaçpərəst milləti dərhal bir yerə toplaşıb kəndi tərəflərindən bir nümayəndə liman uçastokuna (yəni hərbi dəniz ordu komandanlığına) göndərdilər ki, biz İçərişəhərdə sakin olan xaçpərəstlər təmam istirahətlik ilə yaşadığımız bir halda bizi bombardman etməniz nə cəhətə olmalıdır. Hərbi dəniz komandanlığı isə bombalanmanı dayandırmaq üçün danışıqlara gedən rus və yəhudi nümayəndələrinə "Daşnaksütyun” firqəsinin onlara göndərdiyi məktubu göstərir. Daşnaklar məktubda müsəlmanların qeyri-millətləri İçərişəhərdə qətlə yetirdiklərini və mallarını da qarət etmələri haqda uydurmalar yazmışdılar. Ruslar "Biz axırıncı tələbimizi liman uçastokuna təqdim ediriz: "Əgər bu bombardman davam edərsə, biz də hazırlaşıb yerli müsəlmanlarla birabir qiyam edəcəyiz” xəbərini göndərdikdən sonra bombardman dayandırılır”. Lakin artıq gec idi.

Yuxarıda bəhs edilən və Özbəkistanda, Türkiyədə, Azərbaycanda ermənilər tərəfindən törədilmiş qətliamların hər üçünün süjet xətləri üst-üstə düşür: torpaq iddiası, rus ordusuna, imperiya maraqlarına yarınmaq, türk müstəqil dövlətçiliyinin qurulmasına mane olmaq, nəhayət, qətllərdə, mədəniyyətin məhvində, işgəncələrdə tarixdə görünməmiş "yaradıcılıq”, vəhşilik və qəddarlıq... Qadın və uşaqlara təcavüz, əzalarının kəsilməsi, ölülərin təhqir edilməsi, diri-diri quyulara atılması, çarmıxa çəkilməsi və s. kimi ağlasığmayan zülm. 1905, 1917-1918-ci illər və 1992-ci il – dövrlər fərqli olsa da, məkan da, hadisələri törədənlər də eyni idi. Bunlar ermənilərdi.

1918-ci il hadisələri zamanı Şamaxıda olmuş ərəb taciri və səyyahı Lal Üzeyir "Ənzəli qovluğu”nda saxlanılmış məktubunda yazırdı: "Burada insanları dilsiz-ağızsız və köməksiz gördüm. Şamaxı tənhalıqda yanırdı. Ermənilər az güllə atırdılar. Onlar qorxu və hay-küylə adamları bir yerə yığır… və sonra onlardan ocaq qalayırdılar. Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə qadınların… diri-diri yandıqlarını görürdüm…”

30 mart-1 aprel 1918-ci il tarixləri arasında Bakıda, ardınca isə Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və daha bir neçə şəhərimizdə ermənilər tərəfindən görünməmiş soyqırımı törədilir. 50000 azərbaycanlı qətlə yetirilir. Minlərlə insan itkin düşür, ya da şikəst qalır, evlər qarət edilir, on minlərlə şəxs mülklərindən qovulur. Yüzlərlə kənd, onlarca məscid, tarixi abidələr dağıdılır. İrəvanda 132 minə yaxın müsəlman qətl edilir.

1919-cu il yanvarın 7-də "Azərbaycan” qəzetində dərc olunmuş notada üç yüzədək azərbaycanlının İrəvan quberniyasında məruz qaldıqları erməni zorakılığından və təqibindən canlarını xilas edərkən Araz çayında boğulması faktları nəzərə çatdırılır.

1905-1907, 1918-ci illərdəki qətliam hadisələri zamanı da günahsız və silahsız əhalini qırmaqla yanaşı, tarixi abidələrimiz də dağıdılır. Ermənilər ilk olaraq XX əsrin memarlıq şedevri olan "İsmailiyyə” binasına od vururlar. Daha sonra atılan top mərmiləri ilə İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksinə daxil olan XIV əsr abidəsi - Keyqubad məscidi dağıdılır və yanır. XV əsr abidəsi Şah məscidinin minarəsi zədələnir.

74 ildən sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri rusların Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə qədim tarixi olan Xocalı şəhərinə doğru hücuma keçirlər. Bu qırğının nəticəsində 613 nəfər həlak olur, 1275 nəfər əsir götürülür, 150 nəfər isə itkin düşür.

Tarix heç nəyi unutmur.

Bu gün dövlətimiz müstəqilliyini yaşamaqdadır. Xalqımız kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmişdir. Ölkə başçısının qətiyyətli addımları sayəsində hər bir vətəndaşımız torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmindir!


Səadət ƏLƏKBƏROVA,

"İçərişəhər” Muzey Mərkəzinin

elmi katibi, Əməkdar mədəniyyət işçisi




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM