Alternative content

22:42 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəzər rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Xəzər rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:58 02.04.2020

Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri genişləndirilib.

Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət iki-üç nəfərlik mobil qruplar yaradılıb.

Yaradılan mobil qrup üzvləri tərəfindən təhkim olduqları ərazilər üzrə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün vətəndaşlarımızdan gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq istiqamətində maarifləndirmə işləri aparılır.

Aparılan maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən koronavirusdan qorunmaq barədə "Həmrəyik!, güclüyük!, hamımız səfərbərik! - evdə qalaq, həyatları xilas edək!” adlı xüsusi maarifləndirici banerlər hazırlanaraq rayonun Binə, Buzovna, Şüvəlan və Mərdəkan qəsəbələrindəki mərkəzi küçələrin kənarlarında quraşdırılıb. Həmçinin rayon sakinlərinə yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunma üsullarını əhatə edən maarifləndici çap materialları paylanılır.

Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq onlara giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.

Rayonda, eyni zamanda, genişmiqyaslı dezinfeksiya işləri mütəmadi olaraq davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkən qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri aparılır.

Bu istiqamətdə işlər gündəlik olaraq davam etdirilir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM