02 Aprel 2020 17:56
611
CƏMİYYƏT
A- A+

Qubadlıdan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələri dezinfeksiya edilir

Azərbaycanda koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Prezidenti İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Qubadlı rayonunda bu günədək infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin yığcam məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhərinin 12-ci mikrorayonundakı yeni yaşayış massivində, Sumqayıt şəhərində müvəqqəti məskunlaşma ərazilərində, rayonun bütün idarə və müəssisələrində, bundan əlavə 2 körpələr evi-uşaq bağçasında, Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən 32 ümumtəhsil məktəbində və 2 məktəbdənkənar müəssisədə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Bununla yanaşı, Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı 11-ci mikrorayon, ev 2b ünvanında və onun yanındakı yarımçıq binada, 47-ci məhəllədəki 11, 12, 13 və 14 saylı binalarda da sanitar-dezinfeksiya işləri aparılır. Bu işlərə rayon Kommunal Müəssisələr Kombinatının işçiləri də cəlb edilib.

Eyni zamanda, Qubadlı rayon Polis Şöbəsinin nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə rayon icra hakimiyyəti aparatının, inzibati-ərazi nümayəndəliklərinin, habelə digər qurumların əməkdaşlarından ibarət 13 mobil qrup yaradılıb. Qrup üzvləri karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılıb, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunub. Hazırda qrup üzvləri məskunlaşma yerlərində gündəlik olaraq maarifləndirmə işləri aparırlar.

Qeyd edək ki, rayonun 65 yaşdan yuxarı tənha yaşayan 300 nəfər sakini gündəlik vacib olan əsas tələbat malları ilə təmin edilib və bu işlər nəzarətdə saxlanılır.

Rayon sakinlərinin, xüsusilə yaşı 65-dən yuxarı olan insanların təhlükəsizliyini təmin etmək və gigiyenik qaydalara əməl olunması məqsədilə qeyd olunan tədbir və maarifləndirmə, eyni zamanda, sanitar-dezinfeksiya işləri mütəmadi davam etdirilir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video