Alternative content

05:46 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük iqtisadi və sosial paketin yeni dalğası
Böyük iqtisadi və sosial paketin yeni dalğası
ANA SƏHİFƏ / SİYASƏT
17:07 02.04.2020

Dövlət dəstəyi proqramları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini göstərir


Getdikcə miqyası böyüyən koronavirus pandemiyası dünya iqtisadiyyatına da böyük zərbə vurmaqdadır. Artıq aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Neftin qiymətinin də aşağı düşməsi faktını nəzərə alsaq, həqiqətən də qarşıdakı illərdə ciddi iqtisadi böhranın yaşana biləcəyini söyləyə bilərik.

Bütün bunların fonunda Azərbaycan dövləti həm ölkənin makroiqtisadi sabitliyinin qorunub saxlanılması, həm də elan edilmiş karantin dövründə əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ciddi proqramlar hazırlamaqdadır.

Prezident İlham Əliyevin göstərişi ilə yaradılan işçi qrupları tərəfindən hazırlanan yeni dövlət dəstəyi proqramları bunu bir daha təsdiqləyir.

Bu genişmiqyaslı dövlət dəstəyi proqramlarında pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqları nəzərə alınıb. Belə ki, həmin şəxslərə əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək.

Hazırlanan dövlət dəstəyi proqramlarına nəzər yetirsək, kimlərin bu imtiyazlardan yararlanacağını görə bilərik.

İlk olaraq sahibkarlıq sahəsinə nəzər yetirək. Bu sahədə çalışan 304 min muzdlu işçiyə və 292 min fərdi sahibkara vergi güzəştləri, imtiyazları, yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi, mövcud kredit portfeli üzrə kredit-zəmanət köməkliyi göstəriləcək.

Bundan başqa, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket hazırlanacaq. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək veriləcək.

Dövlətin vətəndaşlara qayğısı və diqqətinin daha bir təzahürü olan dəstək proqramında əhaliyə göstərilən kommunal xidmətdə güzəştlərin olacağı da açıqlanıb. Əhali üçün elektrik limitinin 100 kilovat artırılması nəzərdə tutulur.

Beləliklə, hər zaman xalqın qeydinə qalan dövlət bir daha öz sosial siyasətini nümayiş etdirdi.

Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə çox qısa zaman kəsiyində əhalinin bütün həssas qruplarının ehtiyacları nəzərə alınaraq, sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi bir daha təsdiqləyir ki, hər bir ölkə vətəndaşının həyat səviyyəsinin qorunması dövlət siyasətinin prioritetidir.

Bütün bunlar bir daha onu göstərir ki, xalqın dar günündə, xoş günündə onun yanında olan Prezident İlham Əliyev dünyanı ağuşuna alan "taclı bəla”nın ən ciddi pandemiya halını aldığı zamanda belə xoşməramlı siyasətini davam etdirir. Dövlət dəstəyi proqramları Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini göstərir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM