Koronavirusdan yeni “sürpriz”: birbaşa ürəyə təsir edir
Dünyanı öz əsirinə çevirən koronavirus can almaqda davam edir. Artıq COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşır. İndiyə qədər bu pandemiyadan ölənlərin sayı 47207 nəfərə çatıb.
Dövlətlər koronavirusla mübarizə məqsədilə hər cür üsullara əl atırlar. Əksər ölkələr sərhədlərini bağlayıb, fövqəladə vəziyyət elan edib, insanların evdən çölə çıxması qadağan olunub. Azərbaycan dövləti də öz vətəndaşını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirir. Ölkəmizdə vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq edilib. Qalır bircə vətəndaşın məsuliyyət hissi keçirərək qəbul olunmuş qərarlara qeyd-şərtsiz əməl etməsi və özünü bu bəladan qoruması.
Eynək taxın
Təəssüf ki, bəzi insanlar hələ də koronavirusun nə dərəcədə təhlükəli olduğunu ciddiyə almır, zərurət olmadığı təqdirdə evdən çölə çıxırlar. Maska və əlcək taxmaqla, əllərini spirtləməklə dəhşətli virusa yoluxmayacaqlarını zənn edirlər. Halbuki Amerika həkimləri bu günlərdə koronavirusun gözdən də keçə bilməsi barədə açıqlama veriblər. Deməli, maska və əlcək koronavirusdan qorunmağa kifayət etmir. Bəs nə etməli?
Tibb mütəxəssisləri gözlərin necə qorunmasına dair fikirlər irəli sürüblər. Onlar hazırkı vəziyyətdə insanları linza taxmaqdan uzaq durmağa çağırırlar. Çünki linzalar daha çox mikrob daşıyan məhsuldur. Mütəxəssislərin sözlərinə görə, əvvəla, evdə oturmaq daha məqsədəuyğundur. Yox, əgər çölə çıxmaq məcburiyyəti varsa, o zaman gözləri eynəklə qorumaq gərəkdir. Belə ki, eynək yaxınlıqdakı xəstənin asqırma və ya öskürək damcılarının onun gözünə düşməsinin qarşısını alır. Lakin eynəkləri də tez-tez spirtlə təmizləmək və hara gəldi qoymamaq lazımdır. Bundan başqa, göz damcılarından da istifadə etmək məsləhətdir.
Birbaşa ürəyə təsir edir
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə qeyd edib ki, COVID-19-un ağciyərə təsir etmədən birbaşa ürəyə təsir etməsi ehtimal olunur. Buna səbəb Uhanda olan xəstələrin 20 faizinin birbaşa ürək şikayətləri ilə həkimə müraciət etmələri və onların ürək miokardında (ürək əzələsində) müvafiq dəyişikliklərin olduğunun sübuta yetirilməsidir. Özü də heç bir ağciyər xəstəliyinin simptomatikası olmadan! Həkimin sözlərinə görə, eyni xəstəliyin gedişatı İtaliyada da müşahidə edildiyinə görə indi virusun birbaşa ürəyə də təsir etməsi ilə bağlı məsələ ortaya çıxıb. Bu da onu deməyə əsas verir ki, gizli ürək infarktı simptomları ilə gələn xəstəyə COVID-19 testi aparılmalı və həkimlər artıq bunu mütləq nəzərə almalıdırlar.
İybilmə və dadbilmə hissiyyatı itir
London Kral Kollecinin alimləri isə iybilmə və dadbilmə hissiyyatının itirilməsinin koronavirusun başlıca əlamətləri olmasına dair nəticəyə gəliblər. Mütəxəssislərin fikrincə, bu simptomların müşahidə olunduğu şəxslərin 59 faizində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bunlar qızdırmadan daha dəqiq göstərici olub.
Alimlər iybilmə və dadbilmə hissiyyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.
Göründüyü kimi, koronavirus tibb aləminə hər gün yeni "sürprizlər” təqdim etməyə davam edir. Elm hələ də bu taclı bəla qarşısında acizdir. Virusun dərmanı hələ də tapılmayıb. Ona görə də bu xəstəlikdən ən yaxşı qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir. Karantin rejiminə əməl edin və zərurət olmadığı təqdirdə küçəyə çıxmayın. Evdə qalın – sağlam qalın!
Xəyalə MURADLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!