02 Aprel 2020 15:41
3045
SİYASƏT
A- A+

İlham Əliyevin fəaliyyəti beynəlxalq miqyasda nümunə göstərilir


DST Baş direktoru Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və ölkəmizdə atılan addımları təqdir etdi

Vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVID-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Təsadüfi deyil ki, respublikamız bu təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Xatırladaq ki, hələ fevralın sonlarında Azərbaycanda səfərdə olan Dünya Səhiyyə Təşkilatının (DST) missiyasının məlumatında bildirilirdi ki, Azərbaycan (COVID-19) infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır. Məlumatda Azərbaycanın DST-nin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da bildirilir.
Bu günlərdə DST-nin Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyev və digər ölkələrin liderlərinə ünvanladığı səmimi məktubda yer alan təkliflərə nəzər yetirdikdə görünür ki, onların hamısı Azərbaycanda koronavirusla mübarizədə tətbiq olunur. Xüsusi ilə qeyd edilməlidir ki, DST Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir. Eyni zamanda məktubda T. Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edir. DST Baş direktorunun təklifləri dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid edilməsi, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə DST ilə operativ şəkildə informasiyanın paylaşılması kimi məsələlərdir.
Beləliklə, dünyada səhiyyə sahəsində ən böyük qurum hesab olunan DST-nin təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.
Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Hələ fevral ayından Azərbaycanda ciddi karantin tədbirlərinə start verilib. Mart ayının əvvəllərindən bütün məktəblərdə tədris dayandırılıb, uşaq bağçaları bağlanılıb. O cümlədən respublikamızın qonşu ölkələrlə sərhədləri qapadılıb və xaricdən dönən vətəndaşların sağlamlığı ciddi şəkildə yoxlanılıb. Eləcə də aviareyslər dayandırılıb, ölkə daxilində vətəndaşların və insanların hərəkəti məhdudlaşdırılıb. Bu dövrdə müvafiq dövlət qurumlarının əməkdaşları və eləcə də KİV tərəfindən genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasının da böyük əhəmiyyəti olmuşdur. Hazırda Azərbaycanda əksər orqanlarda fəaliyyət internet üzərindən qurulur, iclaslar, toplantılar "online” rejimdə keçirilir.
Göründüyü kimi, DST Baş direktorunun təklifləri Azərbaycanda xeyli müddətdir ki, tətbiq olunur. Bu cür izolyasiya tədbirlərinin, karantin rejiminin nəticəsidir ki, Azərbaycanda koronavirus infeksiyasının digər ölkələrdəki kimi faciəvi nəticələrə səbəb olmasının qarşısı alınıb.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video