Alternative content

15:44 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub
Azərbaycanda 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:51 02.04.2020

Bu il yanvarın 1-dək 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yaşa görə müavinət alanların sayı 82,4 min, əlilliyə görə - 180,5 min, ailə başçısını itirməyə görə - 47 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63 min, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olub.

Həmçinin bildirilib ki, əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumu aylıq müavinət alıb. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1655 nəfər bir yaşınadək uşağı olan 1654 aztəminatlı ailə və beşdən çox uşağı olan 2,7 min qadın 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxs isə kompensasiya alıb.

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72647 ailəyə 76204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4273 şəxsə, müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6387 nəfərə birdəfəlik müavinətlər verilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM